Cavab: Sünnü alimi İbni Həcər Heytəmi “Əs-səvaiqül-muhriqə” kitabında belə nəql etmişdir: “«Hüseyn Rəsuli Əkrəmin yanına gəldi və həzrətə tərəf qaçdı. Peyğəmbər onu öpdü. (Məlaikələrdən biri o həzrətin yanında durmuşdu və) o həzrətdən soruşdu: Onu (Hüseyni) sevirsənmi? Peyğəmbər cavabda buyurdu: Bəli! Məlaikə dedi: Sənin ümmətin onu şəhadətə çatdıracaq, istəyirsənmi onun şəhadət yerini sənə göstərim? Bunu deyib bir qədər qırmızı torpaq gətirdi, Ümmü Sələmə o torpağı götürüb paltara bükdü. Sabit deyir: o diyarı “Kərbəla” adlandırırdıq.”[4594]
Başqa bir hədisdə gəlmişdir ki, “Peyğəmbər (s.ə.v.v) o torpağı iylədi və buyurdu: “Bu torpaq kərb (qəm-qüssə) və bəla iyi verir.”[4595]
NUR-AZ.COM


more post like this