Cavab: Sünnü və şiə alimləri tərəfindən belə bir rəvayət nəql olunmuşdur: Höccətül-İslam Ğəzzali də “Ehyaül-ülum” kitabında qeyd etmişdir ki, Cəbrail və Mikailə nida çatdı ki, siz iki nəfəri bir-birilə qardaş etdim və birinin ömrünü o birisindən artıq etdim. Sizlərdən hansı az ömrü götürüb, çoxu o biri qardaşına vermək istəyir? Hər ikisi susub qaldı. Ölümə ikrah hissi ilə yanaşdılar. Nida gəldi ki, nə üçün Məhəmməd və Əli kimi olmadınız? Hansı ki, onların arasında qardaşlıq əhdi bağladım, Əli öz canını Peyğəmbərin canına fəda etdi. Sonra Cəbrail və Mikailə əmr olundu ki, Yer üzünə gedib, mənim dostum Əli ibni Əbu Talibə keşikçi olun! Cəbrail o Həzrətin başının tərəfində, Mikail isə ayaq tərəfində qərarlaşıb, “bəh-bəh, ya Əli!” dedilər. Hadisənin geniş izahı Hadisə belə Ólmuşdu: Məkkə müşrikləri qərara almışdılar ki, hər qəbilədən bir nəfər toplaşaraq Peyğəmbəri öldürsünlər. Belə Ólduqda Bəni-Haşim Ónun intiqamını ala bilməyəcək, bununla da Peyğəmbərin əlindən rahat Ólacaqdılar. Allah-taala bu məkrli hiyləni Peyğəmbər (s.ə.v.v)-ə xəbər verdi. Əli (əleyhissalam) Peyğəmbər (s.ə.v.v)-in Məkkədən sağ-salamat çıxıb getməsinə şərait yaratmaq və o həzrətin evini nəzarət altında saxlayan müşriklərin diqqətini yayındırmaq üçün Ónun yatağında yatmağa hazır Óldu. Əli (əleyhissalam) Ó təhlükəli gecədə Peyğəmbər (s.ə.v.v)-in yerində yatanda Allah-taala Özünün iki əziz mələyinə – Cəbrail və Mikayıla buyurdu: “Sizlərdən hansınız digərinə fəda Ólmağa hazırsınız?” Onlardan heç biri razı Ólmadı. Allah-taala buyurdu: “Yer üzünə baxın, Əli ibni Əbi Talibin öz canını Rəsuli-əkrəmə necə fəda etdiyini görün!” Sünnü alimlərindən çÓxu Əli (əleyhissalam)-ın bu fəzilətini iqrar etmişlər. Mərhum Əllamə Əmini “Əl-Qədir” kitabının ikinci cildinin 48-ci səhifəsində Ónların adını bir-bir qeyd etmişdir. O cümlədən, İmam Əhməd ibni Hənbəl (Hənbəli məzhəbinin banisi) “Müsnəd” kitabının 1-ci cildinin 348-ci səhifəsində bu hadisəni qeyd etmişdir. “Ətyəbul-bəyan” təfsirində qeyd olunur ki, “Ğayətul-məram” kitabında Əli (əleyhissalam)-ın fədakarlığı barəsində iyirmi hədis – doqquzu sünnü alimləri, on biri isə şiə alimləri tərəfindən nəql olunmuşdur. Onların hamısında, bu ayənin Həzrəti Əli (əleyhissalam)-ın fədakarlığı barəsində nazil Ólması göstərilmişdir. [4537] Üçüncü əsrin tanınmış şəxsiyyətlərindən Ólan sünnü alimi Təbəri “Tarix” kitabının 2-ci cildinin 373-cü səhifəsində Həzrəti Əli (əleyhissalam)-ın Peyğəmbər (s.ə.v.v)-in yatağında yatması hadisəsini nəql etmişdir. Həmçinin Yəqubi də “Tarix” kitabının 2-ci cildinin 39-cu səhifəsində bu məsələni aşkar şəkildə bəyan etmişdir. İbni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhin 4-cü cildinin 73-cü səhifəsində belə deyir: “Müaviyə 4000 dirhəm Ôul verərək bu ayənin Əli (əleyhissalam) barəsində deyil, o həzrətin qatili olan Əbdürrəhman ibni Mülcəm barəsində nazil Ólduğunu deyilməsini istəmişdi.” Qəzzali “Ehyaul-ülum” kitabının 3-cü cildinin 238-ci səhifəsində, Sind ibni CÓvzi Hənəfi “Təzkirətul-xəvass” kitabında, ibni Hişam “Siyrə” kitabının 2-ci cildinin 291-ci səhifəsində, Hələbi “Əs-siyrətul-Hələbiyyə” kitabının 2-ci cildinin 29-cu səhifəsində, İbni Səbbağ Maliki “Əl-füsulül-mühimmətu” kitabında və sair sünni və şiə kitablarında bu ayənin Əli (əleyhissalam) barəsində nazil Ólması qeyd Ólunmuşdur. [4537] “Ətyəbul-bəyan”, 2-ci cild, səh.386. Nur-az.com


more post like this