Zeyd bin Əli bin Hüseyn (ə) deyir: “Atamdan (İmam Zeynulabidin (ə)) soruşdum:…Atacan! Məgər belə deyildir ki, Allah-taala məkanla vəsf edilməz və onun üçün məkan yoxdur? Buyurdu: “Bəli! Allah-taala məkanla vəsf ediləcəyindən daha böyükdür”.Dedim: Elə isə həzrət Musanın (ə) merac gecəsi İslam Peyğəmbərinə (s) dediyi “Allaha tərəf qayıt” sözünün mənası nədir?Buyurdu: Onun mənası həzrət İbrahimin (ə) sözünün mənası kimidir ki, buyurdu:”İnni zahibun ila rəbbi səyəhdin” (Saffat/99)”(İbrahim) dedi: “Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” Və həzrət Musanın (ə) sözü kimi ki, dedi:”Və əciltu iləykə rəbbi litərza”(Taha/84)”Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!”Həmçinin Allah-taalanın kəlamına oxşayır ki, buyurdu:”Fəfirru iləllah”(Zariyat/50).”(Ya Rəsulum! Bu insanlara de: ) “(Hər bir küfr və şərdən) Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!)” Yəni Allahın evinə tərəf gedin! Oğlum! Kəbə Allahın evidir. Hər kəs oranı ziyarət etsə, Allahı ziyarət etmişdir. Həmçinin məscidlər də Allahın evidir. Onlara tərəf gedən hər kəs, Allaha tərəf getmişdir. Namaz qılan həmişə Allahla əlaqədədir. Uca yaradan göylərdə müqəddəs yer və mərkəzlər qərar vermişdir ki, onlara tərəf gedənlər, Allaha tərəf getmişlər. Eşitməmisən ki, Allah-taala Qurani-kərimdə buyurur: “Tə`ricul məlaikətu vər – ruhu iləyhi””Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric/4).Və İsanın (ə) haqqında buyurur:”Bəl rəfəəhullahu iləyhi” (Nisa/158)”(Həqiqətdə onu (İsanı) öldürməmişdilər) bəlkə, Allah onu Öz dərgahına qaldırmışdır”Və Fatir (ayə:10) surəsində buyurur:”İləyhi yəs`ədul-kəlimut təyyib””Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr ”

Əlbəttə insan hər zaman Allahın dərgahındadır. Amma Allah-taala bəndələrinin asayiş və (ruhi və cismi) rahatçılıqlarından ötrü müxtəlif zaman və məkanları (onlarda olan özünəməxsus xüsusiyyətlərə görə) İlahi dərgaha yaxınlıq vasitəsi qərar vermişdir.

حديث 603 – وَ رُوِيَ عَنْ زَيْدِ بْنِ عَلِيِّ بْنِ الْحُسَيْنِ ع أَنَّهُ قَالَ سَأَلْتُ أَبِي سَيِّدَ الْعَابِدِينَ ع فَقُلْتُ لَه‏ ….. يَا أَبَةِ أَلَيْسَ اللَّهُ جَلَّ ذِكْرُهُ لَا يُوصَفُ بِمَكَانٍ فَقَالَ بَلَى تَعَالَى اللَّهُ عَنْ ذَلِكَ عُلُوّاً كَبِيراً قُلْتُ فَمَا مَعْنَى قَوْلِ مُوسَى ع لِرَسُولِ اللَّهِ ص ارْجِعْ إِلَى رَبِّكَ فَقَالَ مَعْنَاهُ مَعْنَى قَوْلِ إِبْرَاهِيمَ ع إِنِّي ذاهِبٌ إِلى‏ رَبِّي سَيَهْدِينِ وَ مَعْنَى قَوْلِ مُوسَى ع وَ عَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضى‏ وَ مَعْنَى قَوْلِهِ عَزَّ وَ جَلَّ فَفِرُّوا إِلَى اللَّهِ يَعْنِي حُجُّوا إِلَى بَيْتِ اللَّهِ يَا بُنَيَّ إِنَّ الْكَعْبَةَ بَيْتُ اللَّهِ فَمَنْ حَجَّ بَيْتَ اللَّهِ فَقَدْ قَصَدَ إِلَى اللَّهِ وَ الْمَسَاجِدَ بُيُوتُ اللَّهِ فَمَنْ سَعَى إِلَيْهَا فَقَدْ سَعَى إِلَى اللَّهِ وَ قَصَدَ إِلَيْهِ وَ الْمُصَلِّي مَا دَامَ فِي صَلَاتِهِ فَهُوَ وَاقِفٌ بَيْنَ يَدَيِ اللَّهِ عَزَّ وَ جَلَّ فَإِنَّ لِلَّهِ تَبَارَكَ وَ تَعَالَى بِقَاعاً فِي سَمَاوَاتِهِ فَمَنْ عُرِجَ بِهِ إِلَى بُقْعَةٍ مِنْهَا فَقَدْ عُرِجَ بِهِ إِلَيْهِ أَ لَا تَسْمَعُ اللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ تَعْرُجُ الْمَلائِكَةُ وَ الرُّوحُ‏ إِلَيْهِ وَ يَقُولُ اللَّهُ عَزَّ وَ جَلَّ فِي قِصَّةِ عِيسَى ابْنِ مَرْيَمَ ع بَلْ رَفَعَهُ اللَّهُ إِلَيْهِ وَ يَقُولُ اللَّهُ عَزَّ وَ جَلَّ إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَ الْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ (من لا يحضره الفقيه ج1ص119؛ امالي صدوق ص458- المجلس السبعون؛ التوحيد ص176؛ علل الشرايع ج1ص132-باب 113؛ بحار النوار ج18ص348-باب 3 – اثبات المعراج؛).
Mənbə: 1- Mən la yəhzuruhul fəqih, 1/119; 2- Bəharul-ənvar, 18/348;

Hazırladı: Mirməhəmməd Bəşirov

 

islammektebi.org


more post like this