Mən” əvəzində “Biz” deyilməsi əzəmət və böyüklük nişanəsidir. Ərəb ədəbiyyatçılarının fikrincə, “Mən” yerinə “Biz” işlədilməsi əzəmətli isanlara xas olan xüsusiyyətdir. Böyük insanlar heç vaxt tək olmurlar. Ümumiyyətlə, çoxlu tərəfdarları olan şəxs danışarkən “mən” yox, “biz” kəlməsini işlədir. Quranda isə “biz” kəlməsi Allahın əzəmətinə işarədir. Quranda hər dəfə Allahın Özünü “Biz” kəlməsi ilə təqdim etməsi Onun əzəmət və böyüklüyünü xatırladır. Bəli, bütün varlıq aləmi Onun hökmü altındadır. Belə bir ifadə bizim tövhid inancımızı kamilləşdirir və diqqətimizi Allahın müqəddəs zatına yönəldir.


more post like this