Alimin tarixdən və dini mənbələrdən gətirdiyi misallar həqiqətdir. Amma bütün bu məlumatlar onun iddialarını isbat etmir. İslamın və Peyğəmbərin (s) elm və bilik tərəfdarı olması aşkar bir həqiqətdir. Amma söhbət bundan gedir ki, İslam Peyğəmbəri (s) besətdən qabaq və sonra yazı yazmış, üzünə oxumuşdurmu? “Ənkəbut surəsinin 48-ci ayəsinin ziddinə olaraq, onun yazıb-oxuduğunu demək olarmı? Hansı əsasla deyə bilərik ki, Peyğəmbər (s) bu günkü müəllimlər kimi tədris etmişdir? Bu barədə daha ətraflı məlumat almaq üçün Peyğəmbərin “Ümmi” olması məsələsini daha geniş şəkildə izah edən “Vəhy məktəbində” kitabına müraciət edin.


more post like this