Kimsə iddia edə bilər ki, İslam Peyğəmbəri yazmağı və oxumağı bacarmışdır. Hətta bunu etiraf etmiş olsaq da, bu o demək deyildir ki, Peyğəmbər hökmən əlinə qələm götürüb yazı yazmışdır. Çünki Peyğəmbərlər adi müəllimlər kimi öyrətmirlər. Onlar ilahi ayələri oxumaqla, şirin bəyanlarla, elmi göstərişlərlə öz çətin vəzifələrini yerinə yetirirlər. Belə bir təhsil üsulunda yazıb-oxumağı bacarmağa ehtiyac olmur.
Səhvə o zaman yol verilmişdir ki, alim təlim-tərbiyəni yalnız yazıb-oxumaqla təsəvvür etmişdir. Hansı ki, həzrət Peyğəmbər (s) yazıb-oxumadan da xalqı maarifləndirə bilmişdir.


more post like this