İnsan zatən ictimai varlıqdır. İnsanların bu ali xüsusiyyətini aktuallaşdıran ilk yer ailədir. Ailə insan mədəniyyəti və sivilizasiyası tarixində ən mühüm və əsaslı mərkəzdir. Bu müqəddəs ocaq insanın şəxsiyyət və ehtiramının, ruhi və fiziki sağlamlığının qorunması üçün düzgün qurulmalıdır. Cəmiyyətin davamı, insanların sağlam mühitdə yaşaması üçün ailə həyatının davamı zəruridir.
Ailə izdivac nikahı və dərrakəli, fikri formalaşmış, ictimai qabiliyyəti olan bir qadın və kişinin birləşməsi ilə qurulur. Bu cütlük cəmiyyətin ən əsaslı mərkəzinin-ailənin təməlini qurur.
İslam dinində izdivac və ailə qurmaqda əsas məqsəd ruhi rahatlığa çatmaq, inkişaf və tərəqqi yolunu adlamaq, insani kamala çatmaq və Allah-taalaya yaxınlaşmaqdır. Lakin şübhəsiz, təklikdən qurtulmaq, ailə sahibi olmaq, təbii cinsi tələbatları ödəmək, gəncliyin şən çağlarından bəhrələnmək, istiqlal qazanmaq, iffətli olub günahdan çəkinmək, nəsil artımı hər bir izdivacın zəruri nəticəsidir. Allah-taala Qurani-kərimdə buyurur: “rum, 21”
Demək, yeni ailə qurmuş cütlüyün ən ilkin və üstün xoşbəxtlik meyarı ruhi rahatlığa çatmaqdır. Ruhi rahatlıq gətirən ev kamala çatmaq üçün ən münasib yer, mənəvi təskinlik bəxş edən həyat yoldaşı isə ən yaxşı münis və dostdur. Bu xüsusiyyətlərə nail olmaq üçün isə ailədə məhəbbət, mehribanlıq və güzəşt hakim olmalıdır.
Beləliklə aydın olur ki, cəmiyyətin xoşbəxt və sağlam olması ailənin düzgün formalaşmasına bağlıdır. Ailədəki xoşbəxtlik isə qadın və kişi, valideyn və övlad münasibətlərinin yaxşı qurulmasından aslıdır.
Ailə ocağında hər bir ailə üzvünün bir-birilərinə nisbətdə bəzi vəzifələri vardır. Bu vəzifələrin qarşılıqlı riayət olunması nəticəsində ailədə sabitlik hökm sürəcək. Qadın və kişi arasında münasibətlər nə qədər sağlam, səmimi və cazibəli olsa, həyat daha şirin və səfalı olacaq və bu davranışlar sayəsində şən və müvəffəq uşaqlar ərsəyə gələcək.
Ailədə ünsiyyətin əhəmiiyəti
Hər bir insan digəri ilə ünsiyyət və əlaqə qurmağı lazım bilir. Qeyd etdiyimiz kimi, insan zatən ictimai varlıqdır və onun xoşbəxt yaşaması digərləri ilə səmərəli, faydalı və qarşılıqlı əlaqə yaratmasından aslıdır. Başqa ifadə ilə desək, insan cəmiyyətlə lazımi ictimai əlaqələr qurmadan arzu edilən inkişafa, şəxsiyyətinin formalaşmasına nail ola bilməz.
İnsanın istedad və bacarığının çiçəklənməsi, məsuliyyət qəbul etməsi və şəxsiyyətinin formalaşmasının böyük bir hissəsi ictimai həyat, şəxsi mülahizələri, ailələrarası münasibətlər, yiyələndiyi elm, əldə etdiyi təcrübələr əsasında həyata keçir. Habelə, digərləri ilə hər bir normal və məntiqi əlaqədən məhrumolma, aktiv ictimai həyatdan uzaqlaşmaq ruhi iztirablara və mədəni geriliyə səbəb olur.
İnsanlararası ilk ünsiyyət ailədə yaranır. Ailədaxili ünsiyyət böyük əhəmiyyətə malikdir. Bu ünsiyyətin necəliyi ailə üzvlərinin təfəkkürünün formalaşmasında, ictimai əlaqələrində, maharətlərinin çiçəklənməsində böyük rol oynayır. Konkret olaraq, ailədaxili daqvranış ailə üzvlərinin digərləri ilə ünsiyyət və onun davam etdirməsində böyük rol oynayır.
Ailədaxili əlaqələrin təməli kişi və qadının (ata-ananın) ünsiyyəti əsasında qurulur. Qadın və kişinin xoş və arambəxş davranışı uşaqların istedad və şəxsiyyətini formalaşdırmaqdan əlavə, onların vaideynləri ilə yaxşı münasibət qurmasına da səbəb olur.
Ünsiyyətin qurulması və onun davamlı olmasında təsirili amillər
Başqaları, xüsusi ilə ailə üzvləri ilə normal ünsiyyətin qurulması və onun davamlı olmasında təsirli olan bəzi amilləri qeyd edirik:
1- Ünsiiyət qurulan şəxsin fərdi xarakter və ruhi ehtiyaclarına diqqət yetirmək

Ünsiyyət psixologiyasında ilk addım ünsiyyət qurulan bütün şəxslərin, xüsusi ilə ailə üzvlərinin, qohumların, azyaşlı və yaşlı şəxslərin, uşaq və yeniyetmələrin fərdi xarakter və ruhi ehtiyaclarına diqqət yetirməkdir.
İnsan təbiətinə hakim olan bəzi xarakterlər:
Bütün insanlar təbiətcə sevgiyə müsbət, nifrətə isə mənfi nünasibət bəsləyir.
Bütün insanlar təşviqə müsbət, tənbihə mənfi münasibət bəsləyir.
Bütün insanlar təyidə müsbət, tənqidə mənfi münasibət bəsləyir.
Bütün insanlar ehtirama müsbət, təhqirə mənfi münasibət bəsləyir.
Bütün insanlar məhəbbət və yaddaşlarda qalmağı sevirlər.
Bütün insanlar rahatlıq və asudəlik istəyirlər.
Bütün insanlar səmimiyyət dolu bir məkanda olmağı istəyirlər.
Bütün insanlar davranış və sözləri ilə özlərini doğrultmaq istəyirlər.
Bütün insanlar uğura müsbət, uğursuzluğa isə mənfi münasibət bəsləyir.
Bütün insanlar müstəqil düşüncələrinə ehtiram qoyulmasını istəyirlər.
Bütün insanlar şəxsi xüsusiyyətlərinə iltifat göstərilməsini istəyirlər.
Bütün insanlar onlarla həkimanə, səmimi, təvazökar və şəfqətcəsinə söhbət olunmasını istəyirlər.
Bütün insanlar qərəzli, təkəbbürlü, hakim, tənbih və təhdidcəsinə olan davranışlara qarşıdırlar.
Bütün insanlar onlarla qurulan ünsiyyətin ilkin mərhələsinin təhdid və tənqiddən uzaq və onların yaxşı keyfiyyətlərini sadalamaqla başlamasını istəyirlər.
Başqa ifadə ilə desək, başqaları ilə ünsiyyət qurarkən ülvi məqsədə malik olmaq, xoş və məntiqli bəyanla danışmaq və qarşı tərəfin yaxşı cəhətlərini sadalamaq lazımdır. Habelə, başqalarını, xüsusilə uşaq və yeniyetmələri tərbiyə və islah edərkən qaşqabaqlı, əsəbi olmamalı və onların şəxsiyyəti aşağılanıb, təhqir edilməməlidir.
Şübhəsiz, ünsiyyət qurduğumuz insanlar arasında daha çox uşaq və yeniyetmələrin səmimi, dost münasibətə ehtiyacı var. Onlar bütün vücudları ilə böyüklərin təbəssümlü, xoş simalarının və məhəbbətamiz sözlərinin xiridarı olmağa hazırdırlar.
Belə olan halda, diqqət yetirmək lazımdır ki, yaxşı və pis, sakit və dalaşqan, əxlaqlı və əxlaqsız olan bütün insanlar başqalarının ehtiram və nəzakətinə ehtiyaclıdırlar. Məhəbbətamiz rəftar, iltifat, qayğı bir çox fərdi və ictimai azğınlıqların qarşısını ala bilər. Ona görə də həmişə ünsiyyət qurduğumuz şəxslərin ruhu və daxili ehtiyaclarına diqqət yetirməliyik.
2-Ünsiyyət qurarkən tərəf müqabilinin mesajının məzmununa diqqət yetirmək
İnsan başqası ilə ünsiyyət qurarkən, birbaşa və ya dolayı, nitq və ya hərəkət, bilərəkdən və ya səhvən tərəf müqabilinə müsaj ötürür. Bu müsaj müxtəlif yönlərdə, məsələn, hislərin inkişafı, dəyərlər anlamı, əxlaqi və ictimai meyarlar əsasında ola bilər. Hər bir halda mesajın məzmunu tərəf müqabilinin, xüsusi ilə ailə üzvləri, uşaq və yeniyetmələrin yaşı, dərrakəsi, meyil və istəkləri, zehni və psixi tələbatları ilə uyğunluq təşkil və onların diqqətini cəlb etməlidir.
3-Ünsiyyət qurulan zaman və məkanın əhəmiyyəti
Sağlam, aram bir ünsiyyət qurmaqda zaman və məkanın çox böyük rolu var. Səmərəli ünsiyyət qurmaq üçün tərəf müqabilinin normal əlaqə, səmimi söhbət üçün xatircəm, zehni və cismi təzyiqlərdən uzaq, rəğbətli, azad, agah və mənəvi baxımdan hazır olması lazımdır.
Bütün bunları nəzərə aldıqda ünsiyyət qurulan zaman və məkanən əhəmiyyəti aydın olur. Başqa ifadə ilə desək, tərəf müqabilimiz bizimlə xatircəm halda əlaqə qurmalıdır. O, həyacanlı, iztirablı, narahat və qorxu içində və ya aclıq, susuzluq, hövsələsizlik, fiziki yorğunluq, fikri dağınıqlıq ona hakim olarsa, biz onunla səmərəli ünsiyyət qura bilmərik.
Həftə sonu tətillər, yay tətilləri, səfər vaxtları, şəhərdaxili gəzintilər, dostluq görüşləri, bayram günləri və s. ünsiyyət qurmaq üçün ən uyğun vaxtlardır. Şübhəsiz, qarşılıqlı əlaqələr hər nə qədər səmimi, mənəvi və xoş atmasferdə qurularsa, bir o qədər səmərəli və faydalı olacaq.
4-Ünsiyyət metodunun əhəmiyyəti
Ünsiyyət qurmaq və onun davamlı olması üçün ən düzgün və münasib metoddan yararlanmaq lazımdır. Tərəf üqabilinin güclü cəhtləri, duyğu və düşüncələrindən agah olmaq, onunla səmimi və məntiqli davranmaq, şəxsiyyətinin müsbət yönlərini təsdiqləmək normal və aktiv bir ünsiyyət qurmaq üçün ən düzgün metodladan sayılır.
Bəzən tərəf müqabilinə onun könlünü oxşayan məktublar göndərmək, münasib hədiyyə vermək, faydalı və cəzbedici kitab bağışlamaq, lazımi yerlərdə onun üstün keyfiyyət və təlaşlarını tərifləmək məhəbbətamiz ünsiyyətin qurulması və nəzərdə tutulan mesajın ötürülməsi üçün ən gözəl metod ola bilər.
5-Cəmiyyətdəki örnəklərin üstün keyfiyyətlərinə diqqət
Diqqət etməliyik ki, yaşlı nəsillərin meyarları uşaqlar, yeniyetmələr, gənclər üçün böyük əhəmiyyətə malikdir. Cəmiyyətdə islahat aparmaq istəyən şəxsin özü islah və əxlaqi dəyərlərə malik olmalıdır. Necə deyərlər, yanılış yaşamaqla düzgün tərbiyə etmək olmaz.
Başqalarının ideal hesab etdikləri elə ali cənab şəxsiyyətlərdir ki, onların davranışlarına sədaqət, səmimiyyət, məhəbbət, fədakarlıq, güzəşt, məntiq, möhkəmlik və özünə güvənc hakimdir.
İnsanlar seçdikləri ideallarla gündəlik həyatlarında qarşılaşarkən onların müxtəlif anlarda rəftarlarını sınaqdan keçirir və onların səmimiyyət, doğruluq, ədalətinə inanırlar. Əgər həqiqətən əməl əhli və sədaqətli olsalar onlarla birləşəcək və onların istədiyi kimi düşünməyə və rəftar etməyə çalışacaqlar.
İslam Məktəbi

islammektebi.org


more post like this