Ər-arvad ipəkdir, araya girən köpək. Azərbaycan atalar sözü Uşağı oxudan – atanın kisəsi, ananın kasası. Azərbaycan atalar sözü Hər kəs ağlar, ama analar başqa cür ağlar. Fars atalar sözü Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar. Alman atalar sözü Evlənərkən qulaqlarına yox, gözlərinə inan. Alman atalar sözü Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub. Azərbaycan atalar sözü Qadının gözəlliyi uşaq əlindəki silah kimidir – həm onun özü, həm də ətrafdakılar üçün təhlükəlidir. Ərəb atalar sözü Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol. İspan atalar sözü Dərdin çoxsa söylən, borcun yoxsa evlən. Türk atalar sözü Bir ata doqquz oğul saxlar, doqquz oğul bir atanı saxlamaz. Azərbaycan atalar sözü Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar. Fars atalar sözü Ağlarsa anam ağlar, başqası yalan ağlar. Türk atalar sözü Atasız uşaq tavansız ev kimidir. Afrika atalar sözü Pis övlad altıncı barmaq kimidir – kəsərsən ağrıyar, kəsməzsən səni eybəcər göstərər. Azərbaycan atalar sözü Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this