Əgər uşağı beşikdən götürdükdə sakitləşirsə, demək, o, qalxmağa ehtiyac duyur. Onu yerindən qaldırdığınız zaman ətrafdakı mənzərələr görmə hissini, onunla bədən təması toxunma hissini oyadır. Hisslər hərəkətə gəldikcə körpə xoşhal olur. Demək, körpə ağlamaqda davam edirsə, onu qaldırmaq lazımdır.
Müşahidələr göstərir ki, arabir yerindən qaldırılan körpə az ağlayır. Mən körpənin ən çox səs-küy saldığı vaxtı təyin etmək üçün aparılan müşahidələrdə iştirak etdim. Bu vaxt təyin edildi. Hər dəfə “ağlamaq vaxtı” çatar-çatmaz körpə yerindən qaldırıldı. Nəticədə uşaq əvvəlki qədər ağlayıb “nəslik” göstərmədi. Bu sınaq bir neçə körpə üzərində aparıldı və məlum oldu ki, yerindən qaldırılan körpənin hissləri oyandığı üçün o daha az ağlayır.


more post like this