islamic mənbələri

    1. home

    2. article

    3. Ağlamaq

    Ağlamaq

    Ağlamaq
    Rate this post

     

    245.Allah qorxusundan ağlamaq

    Quran:

    «Rəhman Allahın ayələri onlara oxunan zaman ağlayaraq səcdəyə düşürdülər.»[1]

    «Onlar üzüqoylu düşüb ağlayırlar və itaətkarlıqları artır.»[2]

    Hədis:

    834.Allahın Peyğəmbəri (s):«Xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır.»[3]

    835.Allahın Peyğəmbəri (s) «Vida həcci»nin xütbəsində buyurmuşdur: «Kimin gözü Allah qorxusundan yaş töksə, onun göz yaşının hər bir damcısı üçün əməl tərəzisinə Ühüd dağı boyda mükafat qoyarlar.»[4]

    836.Allahın Peyğəmbəri (s):«Allahın ərşinin kölgəsindən başqa ayrı bir kölgənin olmayacağı gün yeddi nəfər Onun ərşinin kölgəsində olar:   …………. və gizlində Allah-taalanı xatırlayan və Allah qorxusundan gözlərindən yaş axan şəxs.»[5]

    837.Allahın Peyğəmbəri (s):«Kimin gözündən Allah qorxusundan bir milçək boyda yaş çıxsa, Allah «böyük qorxu» günündə onu qorxusuz edər.»[6]

    838.İmam Əli (ə):«Gözlərin ağlaması və qəlblərin qorxması adı uca olan Allahın rəhminin nişanəsidir. Bu ikisini özünüzdə tapan zaman dua etməyi qənimət bilin.»[7]

    839.İmam Əli (ə):«Allah qorxusundan ağlamaq rəhmətin açarıdır».[8]

    840.İmam Əli (ə):«Allah qorxusundan ağlamaq qəlbi nuraniləşdirir və günaha adət etməkdən qoruyur.»[9]

    841.İmam Səccad (ə):«Heç bir damcı Allah yanında bu iki damcıdan – Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən

     

    göz yaşı damcısından əziz deyil.»[10]

    842.İmam Baqir (ə):«Qiyamət günü üç gözdən – Allah yolunda gecə yatmamış gözdən, Allah qorxusundan ağlamış gözdən və Allahın haram buyurduqlarına baxmamış gözdən başqa bütün gözlər ağlayacaq.»[11]

    843.İmam Sadiq (ə):«Əgər ağlamağın gəlmirsə də, özünü ağlamağa vur. Əgər gözündən milçəyin başı boyda yaş çıxsa, xoş halına!»[12]

    844.İmam Sadiq (ə):«Göz yaşlarından başqa hər bir şeyin ölçü və çəkisi var. Çünki bir damcı göz yaşı alov dəryasını söndürür. Əgər göz öz yaşında batsa, həmin üzə heç bir yoxsulluq və həqirlik tozu qonmaz. Əgər göz yaşları axsa, Allah həmin üzü oda haram edər. Əgər ağlayan bir ümmətin arasında ağlasa, həmin ümmətin hamısına rəhm olunar.»[13]

     

    246.Gözün (yaşının) quruması

    845.Allahın Peyğəmbəri (s):«Bədbəxtliyin əlamətlərindən biri gözün (yaşının) qurumasıdır.»[14]

    846.İmam Əli (ə):«Göz yaşları yalnız qəlbin daşlığı səbəbindən quruyur və qəlblər yalnız günahların çoxluğundan daşlaşır.»[15]

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     

     



    [1] Məryəm, ayə 58

    [2] İsra, ayə 109

    [3] Biharul-Ənvar, c.93, səh.331, hədis 15

    [4] Biharul-Ənvar, c.93, səh.335, hədis 25

    [5] Biharul-Ənvar, c.84, səh.2, hədis 71

    [6] Biharul-Ənvar, c.93, səh.336, hədis 30

    [7] Məkarimul-Əxlaq, c.2, səh.96, hədis 10

    [8] Ğurərul-Hikəm, hədis 2051

    [9] Ğurərul-Hikəm, hədis 2016

    [10] Biharul-Ənvar, c.69, səh.378, hədis 31

    [11] Biharul-Ənvar, c.7, səh.195, hədis 62

    [12] İddətud-dai, səh.161

    [13] Biharul-Ənvar, c.93, səh.331, hədis 14

    [14] Biharul-Ənvar, c.70, səh.52, hədis 11

    [15] Biharul-Ənvar, c.73, səh.354, hədis 60