Qərənfil – şəhid qanı, 

Ağla, qərənfil, ağla.
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
Hər şəhidə bir düzüm…
Abşeron qan dənizim,
Sən mənim ağlar gözüm,
Ağla.-qərənfil, ağla!
Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol…
Şəhidlərə bacı ol,
Ağla, qərənfil, ağla!
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!
Xeyirə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla

 

islammektebi.org


more post like this