Cavab: Özünü təhlükəyə atmaq şəraitdən asılı olaraq bəzən haram, bəzən isə vacibdir. Əgər İslam dininin varlığı təhlükədədirsə və insan öz canından keçməklə bu işin qarşısını ala bilərsə, meydana atılmaq vacibdir. Kimə icazə verilir ki, canını qurtarmaq üçün İslamın məhvinə “hə” desin. Məmləkəti düşməndən qorumaq üçün ordunun bir hissəsi şəhid olmalıdırsa, can barədə düşünmək olmaz.
Bəli, İslamda canı təhlükədən qorumaq barədə göstəriş var. Amma bəzən bir insanın ölümü bir xalqa həyat verir. Demək, can o vaxt qorunmalıdır ki, həyat ölümdən faydalı olsun.
“Öz əlinizlə özünüzü təhlükəyə atmayın” buyurulan ayədə, çox güman ki, nahaq ölümdən və xəsarətdən danışılır. [4726] Sözsüz ki, vətəni düşməndən qoruyan mücahidlə cansız, kövrək budağa dırmanıb meyvə dərmək istəyən adamı eyni tutmaq olmaz. Birincinin ölümü şərəf, ikincinin ölümü isə əbəsdir.
İmam hamıdan elmli və məsum olduğu üçün səhvə yol verə bilməzdi. Digər bir tərəfdən, imamı şəhadətə yetirmək qərarında olan Bəni-üməyyə var idi. İmam Hüseynin (ə) qarşısında dinini və imanını qorumaq üçün şəhadətdən başqa yol qalmamışdı.

NUR-AZ.COM


more post like this