998. Meşəçilik

3214. Allahın Peyğəmbəri (s):«Əgər Qiyamət günü gəlib çatsa və sizlərdən birinizin əlində bir şitil olsa, qalxıb onu əkməyi bacararsa bu işi yerinə yetirsin.»[1]

3215. Allahın Peyğəmbəri (s):«Bir müsəlman toxum səpsə, ya bir şitil basdırsa, o toxumun və şitilin məhsulundan bir quş, insan, yaxud otlayan heyvan yeyərsə, həmin müsəlmana sədəqənin savabı yazılar.»[2]

3216. Allahın Peyğəmbəri (s) :«Meyvə ağacı əkən elə bir kəs olmayıb ki, Allah-taala o ağacın verdiyi meyvələr qədər ona savab yazmasın.»[3]

3217. Allahın Peyğəmbəri (s):«Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbrli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onunçün bir sədəqə yazılar.»[4]

 

999. Ağac kəsmək

3218. İmam Sadiq (ə) :«Meyvə ağaclarını kəsməyin ki, Allah-taala başınızın üstünə əzab endirər.»[5]

3219. İmam Sadiq (ə) (ağacları kəsmək barədə verilən sualın cavabında): «Eybi yoxdur.» Əmmar ibn Musa deyir ki, «Sidr ağacı necə?» deyə ərz etdim. Buyurdu:«Eybi yoxdur. Çöl-biyabanda sidr ağacını kəsmək məkruhdur. Çünki səhrada bu ağac az tapılandır. Amma burada məkruh deyil.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Kənzul-Ummal, hədis 9056

[2] Kənzul-Ummal, hədis 9051

[3] Kənzul-Ummal, hədis 9075

[4] Kənzul-Ummal, hədis 9081

[5] əl-Kafi, c.5,səh. 264 , hədis 9

[6] əl-Kafi, c.5,səh. 264 , hədis 8


more post like this