Nə müddətdir sorağundan sənin mən intizarəm gəl

Təhəmmül yox dəxi hicranə təndə indi zarəm gəl

… Aramım yoxdur hicründən sənin ey Leylivəş yarım
Cinunəm vadiyi eşq içrə bi səbrü qərarəm gəl

Görüm ta gül üzün tapsın bu qan olmuş dilim aram
Gözüm-canım ciyər parəm dil əfruzim dilaram gəl

Süvar ol düldülə yet dadə əldə zülfüqar ilə
Çıxar nurlu səbaha bizləri ey zülfüqarım gəl

Əzəldən məqsədim olmuş yolunda can nisar etmək
Məni məyusi qılma çün sənə ümmidi varəm gəl

Könüldə nisgilim vardır məni bu dərd həlak eylər
Təbibim sənsən ey dilbər fəqət vəslündi çarəm gəl

Səni görmək xəyalıyla neçə aləm keçib Azer
Fəna mulkündədə indi həmən qəsd ilə varəm gəl

AXUND AZER SANI!
http://www.muselman.ws/


more post like this