Cavab: Bəşər növünün yerdə yaranması gündən indiyə qədər neçə il keçməsi barəsində, Qurani- kərimdə aşkar bir şey yoxdur. Əllamə Təbatəbai Əl- mizan təfsirində deyir: Yəhudilərin tarixində, bəşər növünün yerdə yarandığı gündən indiyə kimi yeddi min ili keçdiyi yazılıbdır ki, ağıl da bu tarixi təsdiqləyir və kömək edir.
Çünki nəsl artırma səbəbi hər yüz ildə iki nəfəri min nəfər edir və … Əgər bu hesablamanı yeddi min ilə kimi yuxarı aparsaq, yəni yetmiş əsr davam etdirsək. Bəşərin sayının iki milon yarıma çatdığını görəcəyik. Bu ədəd bu günkü insanların sayı ilə bərabərdir. Hansı ki, beynəlxalq təşkilatlar onu deyiblər.
Deməli ağıl da tarixin dediyini, deyir. Amma təbəqatul- ərz alimləri və elmi termində geoloji alimlər, insanın ömrünün milyonlar il qabaq olduğunu iddia edir və öz dediklərinə insanların qalıqları olan arxeoloji şeylərdən və həmçinin qədimi insanların daş olmuş sikletlərindən sübutlar gətirirlər ki, onların hər birinin yaşı, öz elmi əsaslarına əsasən beş yüz ildən çoxdur.
Bu onların fikridir. Amma gətirdikləri sübutlar, həmin arxeoloji qalıqların indiki insanın babalarının daş olmuş bədənini isbat edə biləcək qədər, qane edici deyildirlər. Həmçinin heç bir sübut yoxdur ki, daş olmuş sikletlərin insanların bir zaman yerdə yaşadığı əsrlərə aid olması ehtimalını rədd edə bilsin. Çünki belə olması mümkündür və biz insanların yaşadığı əsrin qeyd olunmuş qalıqlara birləşik olmaması ola bilər. hətta bəşər atası Adəmin yaranmasından qabaq yerdə insanların yaşaması, sonra isə nəsillərinin kəsilməsi və insanların yaranması və sonradan aradan getmələrinin neçə dəfə təkrar olması və neçə dövrədən sonra indiki nəslə çatması mümkündür.
Bu həzrət Adəm (ə)- ın yaranma zamanının, insanların yeni nəslinin yaranmasına aid olması və həzrət Adəm və onun indiki nəslindən qabaq, digər insanların və bəşərin digər nəsillərinin yer üzündə yaşayıb tapdıqları və milyonlar il qabağa aid və on beş min il tarixə malik insanlara aid qalıqları tapılması, axırıncı nəsildən qabaqkı nəsillərə aiddir. Əlbəttə bu yozumun Qurani- məcid http://kiril.islamquest.com/Printable/13707.ASPX – _edn2 və rəvayətlərə uyğunluğu var.
NUR-AZ.COM


more post like this