Rafizi”liyi məzəmmət edən hədisələrlə bağlı aşağıdakı qeydlərə nəzər salmanızı rica edirik. Doktor Nasir ibn Abdullah ibn Əli əı-Qəffari “Üsuli məzhəb əş-Şiə” kitabında yazır: İbn Əbu Asim “rafiz”ilik haqqında dörd hədis nəql etmişdir. Lakin Nasir əd-Din Albani bu hədislərin sənəd silsiləsini incələyərkən onların zəif olduğunu etiraf etmişdir”(“Əs-Sünnə”, İbn Əbu Asim, c. 2. Səh. 475). O, Təbəranidən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Bir dəfə mən Əli ilə birlikdə Peyğəmbərin (s) yanındaydım. Peyğəmbər (s) dedi: “Mənim ümmətimdə elə adamlar cıxacaq ki, əhli-beyti sevdiklərini deyəcək ve özlərini rafizi adlandıracaqlar. Onlari öldurun, onlar müsrikdirlər“. Sonra yazır: “Hədisin sənəd silsiləsində Həccac ibn Təlim olduğu üçün zəif hesab edilmişdir”(“Təğrib ət-Təhzib”, c. 1, səh. 152). İbn Əbu Asimdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: (Yuxarıdakı hədiə yaxın məzmundadır. “Əs-Sünnə”, İbn Əbu Asim, c. 2, səh. 475 ). Sonra yazır: “Şəvkani bu hədisi qondarma hədislər sırasında qeyd etmişdir (“əl-Əhadis əl-moziə”, səh. 381-380). Doktor Qəffari sözünə davam edərək yazır: “İbn Teymiyyə rafizi sözü keçən hədislərin yalan olduğunu anlamışdır. Çünki rafizi sözü hicri ikinci əsrə qədər işlənmirdi”. Beyhəqi də “əd-Dəlail” əsərində rafizilərin məzəmmət olunduğu hədisi İbn Abbasdan nəql etdikdən sonra yazır: “Bu məmunda digər hədislər də mövcuddur. Lakin hamısı sənəd baxımından zəifdir” (“Əd-Dəlail”, c. 6, səh. 548). Buna görə də Əqili bu hədisləri “əz-Züəfa” “zəiflər”, İbn əl-Cəvzi is “əl-Məvzu” (qondarma) hədislər qisminə daxil etmişdir. NUR-AZ.COM


more post like this