Əbul-Fəzl (ə) ki adı Abbas idi, atası İmam Əli (ə) Anası isə Ümmül-Bənin ləqəbi ilə tanınmış adı Fatimə. O həzrət (ə) Hicri 26-cı ildə dünyaya gəlmişdir və 34- yaşında Kərbəlada insaniyyətdən uzaq olan rəftarla Bəni Üməyyə qulluqçularının tərəfindən qardaşı Hüseyin (ə) ilə birlikdə şəhid edilmişdir. Eləcə də O həzrət kərbəlada Qardaşları Abbası, Cəfəri və Osmanı haqqın batil qarşısında iştirak etməyə dəvət edib gətirmişdir. Həzrətin (ə) yoldaşı Böyük Təfsir müəllimi və Quranda Əli (ə)-ın tələbəsi olan İbn Abbası qızı Lubabə idi. O həzrətin (ə) haqqında Kərbəlada İmam Hüseyin (ə) məşhur tarixi söz buyurmuşdur: “Sənin şəhadətindən sonra belim sındı qardaş” yəni sən var idin düşmənlər mənə hücum etməyə cəsarət edə bilmirdilər, çünki sən mənim qoşun başçım və bayraqdarım idin.

Amma o həzrətin (ə) kərbəlada şücaətləri ibarət idilər:

 

1- Qardaşlarını və özünü haqq yolunda qurban olmalarına razı olmaları , Yəni fəsadın aradan getməsi yolunda ilahi qəzaya hakim olduqlarını qəbul etdilər və İslam dəvəti olan İMam Hüseynin (ə) hərəkətinə ləbbeyk dedilər,

 

2-İmam Hüseyinin (ə) qoşununun bayraqdarlığını axır nəfəsinə qədər saxladı, hətta qolların kəsəndə dişləri ilə bayrağı qaldırmağa çalışdı, (çünki hər qoşunun ayaq üstə olduğunu onun bayrağının uca qalmasında bilirdilər).

 

3-Şimrin tərəfindən gələn əmannaməni (ki İbn Ziyaddan Şimr həzrət Əbəl-Fəzl və qardaşları üçün qoşundan çəkildikləri təqdirdə onların qanının tökülməməsinə söz almışdır, çünki Şimr Abbas (ə) ın ana tərəfdən qohumu və həmqəbiləsi düşürdü) Abbas (ə) onun amannaməsini eşidən kimi dedi apar uzaq saxla və birdə bu fikirlə mənim yanıma yaxınlaşma.

 

http://sualcavab.ge

 

 


more post like this