zuhuradogru.org
Bismillahir rəhmanir rəhim

“(İman gətirənlərin) öndə olanları, onlar (ilahi dərgaha) yaxın olanlardır.”

Bütün məsum İmamların, xüsusilə İmam Zaman (ə)-ın fəzilətləri insanların düşünə bilmələrindən çox yüksəkdir. Çünki onların məqamı bəşərin fikir və düşüncələrinə sığmaz. İlahi höccətlərin bu uca məqamını yalnız məsum rəhbərlər dərk edə bilərlər. İmam Zaman (ə) dini kitablarda qeyd edilən bəzi fəzilətləri bunlardır:

 

1-Həzrət Məhdi (ə) digər ilahi rəhbərlər kimi hər hansı bir günah, xəta, nöqsan və xoşagəlməzlikdən uzaq və pakdır. “Təthir” ayəsi Əhli-beyt (ə)-ın barəsində nazil olmaqla İmam Zaman (ə)-a da aiddir. O Həzrətin əmri Allahın əmri, onun razılığı və Həzrətin qəzəbi mütəal Allahın qəzəbidir. O Həzrətin ziyarətində oxuyuruq: “Sizin razılığınız olanlar haqq, qəzəbinizə səbəb olanlar batil, əmr etdiyiniz işlər bəyənilən və nəhy etdiyiniz işlər isə xoşagəlməzdir.”

 

2-İmam Zaman (ə)-ın məqamı Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-dən başqa bütün ilahi peyğəmbərlər və mələklərin məqamından ucadır. Həzrət Cəbrail (ə) o Həzrət zühur edərkən onun əlindən öpəcəkdir. Həzrət İsa (ə) o Həzrətə kömək üçün bir hədisə əsasən camaat namazında ona iqtida edib Həzrətin dəstəsinin üzvlərindən və köməkçilərindən olacaqdır. İmam Sadiq (ə) o Həzrətə xidmət etmək arzusu etmişdir. İmam Rza (ə) “Qaim” ləqəbini eşidərkən ayağa qalxıb əlini başı üzərinə qoyaraq, o həzrətin zühuru üçün dua etmişdir.

 

3-İmam Zaman (ə) ilahi elmə malikdir. Dünya və bütün məxluqat Allahın izni ilə o Həzrətin hüzurundadırlar. Mələklər insanların gündəlik əməllərini o Həzrətə təqdim edirlər. İmam (ə) bizi görür, əməl və fikirlərimizdən də xəbərdardır. O Həzrət Allahın bəndələrə təyin etdiyi şahid olmaqla ürəklərdəki sirləri bilir. Mərhum Şeyx Mufidə yazdığı bir məktubda Həzrət belə buyurur: “Bizim elmimiz sizin məlumatlarınızı əhatə edibdir. Sizin bildiklərinizdən heç bir şey bizə məxfi deyildir.”

 

4-Həzrət Məhdi (ə) yer üzündə Allahın rəhməti və mehribanlığının məhzəridir. O bir ata kimi mehriban və ana kimi ürəyi yanandır. Bütün insanlar onun ümmətidir. Şiələr xüsusilə Həzrəti yad edib ona sığınanlar və İmamın məxsus kömək və məhəbbətlərindən istifadə edəndirlər. Şeyx Müfidə yazdığı məktubun başqa cümləsində deyilir: “Biz sizə diqqət etməyi tərk etməmiş, sizin xatirənizi yadırğamamışıq.”

 

5-Həzrət Məhdi (ə) bir çox peyğəmbərlərin adət-ənənələri və xüsusiyyətlərindən faydalanır. Onun dünyaya gəlişi Həzrət İbrahim (ə) və Həzrət Musa (ə)-ın məxfi təvəllüdünə bənzəyir. İmaməti Həzrət İsa (ə) və Həzrət Yəhya (ə), həmçinin İmam Cavad və İmam Hadi (ə) kimi kiçik yaşlarından başlamışdır. Ömrü Həzrət İsa (ə) və Həzrət Xızır (ə)-ın ömrü kimi uzun olmuşdur. Qeybə çəkilməsi Həzrət İdris, Saleh, İbrahim, Yusif və Musa peyğəmbərlər kimi, cavan şəkildə ömür sürməsi Həzrət Yunis peyğəmbərə bənzəyir. Qeybət əsrindəki müşküllərə və tənhalığa dözməsi Həzrət Əyyub (ə)-ın səbr etməsi tək, zühur və qiyamı isə cəddi Həzrət Rəsuləllah (s.ə.v.v) kimi qılınacaqdır.

Həzrət Səccad (ə) buyurur: “Məhdi peyğəmbərlərin sünnətinə malikdir”.

Adəm və Nuh peyğəmbərin onda olan sünnəsi ömrünün uzunluğu, İbrahimin sünnəsi onun məxfi viladəti və camaatdan uzaq olmasıdır. Musanın sünnəsi, qorxub qeybə çəkilməkdir. İsanın sünnəsi xalqın onun barəsində ixtilafa, Əyyubun sünnəsi müşküllərin həll olub aradan getməsi, Peyğəmbər (s.ə.v.v)-in sünnəsi isə qılıncla qiyam etməkdir.

 

“Pərvərdigara öz höccətin Həzrət Məhdi (ə)-in mərifətini bizə əta et. Əgər onu bizə tanıtdırmasan dinimizdən uzaq düşərik.”


more post like this