Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

Biz müsəlman olaraq bizə yad olan günləri yox, əqidəmizə, dinimizə uyğun olan əlamətdar günləri qeyd etməliyik. İslam dünyasında həzrət Fatimənin (s) doğum günü Qadınlar günü kimi qeyd edilir.

Həmçinin, yalnız bir gün yox, qadınlara qayğı göstərilən, ehtiram edilən, dəyərləri bilinən hər gün qadınlar günüdür.

Sual:
(3 salam. Hazrati Ali (a) zulfuqar qılıncı haqqinda yazdiqiniz cavabi oxudum.. tashakkur edirik.. Lakin yadınıza bir məsələni yada salmaq istəyirik ki, deyirlər ki Türkiyədə İstanbul muzeyində uzunluğu 1,5 metr çəkisi 7 kq olan zulfuqar qılınc saxlanılır. onun Hazrati Ali (a) Zulfuqar qılıncı olduğunu deyirlər. Bu nə dərəcədə doğrudur. ???
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

Həmin qılınc Zülfüqar qılıncından ilhamlanaraq düzəldilən bir qılınc ola bilər.

Sual:
(4 Bismillah! Salamun ələykum! Rica edirəm, axirəzzaman hədislərində xəbər verilən Yəməninin zühuru və əlamətləri barədə yazardınız. Allah sizləri müvəffəq etsin!
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

Rəvayətlərə əsasən, Süfyani Utbə ibn Əbi Süfyanın nəslindəndir. O, rəcəb ayənda, Şamda qiyam edəcəkdir. Bu zalım şəxs qiyamından öncə dünya malına etinasız və zahid bir şəxs kimi tanınacaqdır. Köhnə paltar geyinəcək, yeməyi isə arpa çörəyi ilə düz olacaq. Bəxşiş paylamaqla cahil və nadanların qəlbini ələ alacaq. Sonra hökümdarlıq iddiası edəcək və bir dəstə aldanmış şəxs onun göstərişlərinə itaət edib, deyəcəklər: “O, yer üzündə ən yaxşı şəxsdir”. İlk olaraq Süfyani ilə düyüşən şəxs Qəhtani adlı Yəmən sakini olacaq. Lakin Qəhtani Süfyani ilə döyüşdən qaçıb Yəmənə dönəcək. Süfyani ilə eyni zamanda Yəməndə Yəmani (ağ bayrağın sahibi) adlı bir şəxs də qiyam edəcək. Qəhtani Yəməndə Yəmaninin əli ilı qətlə yetiriləcək.

Sual:
(5 Bismillah! Salamun ələykum! Rica edirəm, axirəzzaman hədislərində Məsumlarımızın xəbər verdiyi Xorasanlı Seyyidin xürucu və əsasən onun zahiri əlamətləri barədə yazardınız. Allah sizi müvəffəq etsin!
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.
Zühurun əlamətlərini hansısa şəxslə uyğunlaşdırmaq doğru deyil. Zühurun əlaməti kimi Xorasanlı Seyyidin qiyam etməsi tam məlum deyil. Bundan əlavə, bəzi rəvayətlərdə Xorasanlı Seyid Bəni-Abbası devirən bir şəxs kimi göstərilir. Belə olan halda Əbu Müslim Xorasani ilə uyğun gəlir.
Həmçinin, Xorasanlı Seyidin şəxsiyyəti məlum deyil, bəzi rəvayətlərdə Yəmani ondan daha yaxşı şəxs kimi göstərilir.

haqyolu.com


more post like this