zuhuradogru.org
Bismilləhir-rahmənir-rahim
“Allaha, Peyğəmbərə və əmr-sahiblərinizə itaət edin”

İmam Həsən Əskəri (ə) 260-cı hicri qəməri ili, Rəbül-əvvəl ayının 8-i cümə günü sübh çağı şəhadətə yetişdi. Onun dünyadan getməsilə Həzrət Məhdi (ə.f)-ın İmaməti də başlandı. İmam Zaman (ə) imamətin başlanğıcında Həzrət İsa və Yəhya peyğəmbər, eləcə də Həzrət İmam Cavad və İmam Hadi (ə) kimi kiçik bir uşaq idi. İlahi höccətlərin elmi,hikməti və digər xüsusiyyətləri kəsb edilən deyildir ki, yaşa dolduqca təcrübə toplanılmasına ehtiyac olsun. Həzrət İsa (ə) bir neçə günlük uşaq olarkən anasının qucağında yəhudi alimlərinə buyurdu: “Mən Allahın bəndəsiyəm. Allah mənə səma kitabını əta edib, məni peyğəmbər qərar vermişdir.”

İmam Həsən Əskəri (ə)-ın vəfatından sonra o Həzrətin (ə) Cəfər Kəzzab adı ilə məhşur olub yalandan imamət iddiası edən və İmam Məhdi (ə.f)-ın dünyaya gəlməsini inkar edən qardaşı İmamın cənazə namazını qılmaqla özünü o Həzrətin canişini kimi tanıtdırmaq istəyirdi. Cəfərin nalayiq və napak bir şəxs olduğunu bilən İmam Əskəri (ə)-ın xüsusi şagirdləri və şiələri onun cəmiyyət qarşısında İmamın pak cənazəsi önündə durub namaz qılmasını təəccüblə müşahidə edirdilər. Gözlənilmədən yeniyetmə bir uşaq irəli çıxıb Cəfərin əbasından tutaraq buyurdu: “Əmi can, arxaya keç. Çünki, atamın cənazə namazını qılmaq üçün mən səndən daha layiqəm.” Cəfər rəngi solmuş halda arxaya keçdi. İmam Məhdi (ə.f) isə atasının cənazə namazını özü qıldı.

Bu rəftardan rüsvay olmuş Cəfər məsələni hakimə xəbər verdi. Hökumət məmurları çatana kimi İmam Məhdi (ə.f) namazı sona yetirib oradan uzaqlaşdı. Lakin hökumət məmurları illər boyu qətlə yetirmək üçün axtardıqları şəxs haqqında məlumat əldə etdikdə onu hər yerdə axtarmağa başladılar. O Həzrət də mütəal Allahın əmri ilə canının qorunması üçün qeybə çəkildi.

Allahın höccətlərinin sonuncusu (xatəmul-övsiya) olan o Həzrət, digər dini rəhbərlər kimi ilahi elm və qüdrətə malikdir. Dini kitablarda o Həzrətin imamətinə dəlalət edən möcüzələr barəsində çoxlu xəbərlər gözə çarpır. Bu möcüzələr ən çox xəstələrin şəfa tapması, kasıblara əl tutmaq, yolunu çaşanları hidayət etmək, azmışlara yol göstərmək, gələcəkdən xəbər tutmaq və bu kimi məsələlər barəsindədir. Yəni o Həzrətin qeybə çəkilməsi ilə hakimlər ilahi vəzifələrin icra olunmasının qarşısında mane olmamış və olmayacaqdır.

Ey Allah! Qeybət və zühur zamanında, dünyada və axirətdə bizi o Həzrətin tərəfdarları cərgəsində qərar ver!

Məlumatdan istifadə etdikdə istinad vacibdir


more post like this