وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلامُ إِذَا نَظَرَ إِلَى الْهِلالِ:

أَيُّهَا الْخَلْقُ الْمُطِيعُ، الدَّائِبُ السَّرِيعُ، الْمُتَرَدِّدُ فِي مَنَازِلِ التَّقْدِيرِ، الْمُتَصَرِّفُ فِي فَلَكِ التَّدْبِيرِ.

Ey müti olan məxluq, ey tələsərkən, çalışaraq hərəkət edən, ey müəyyən mənzillərdə get-gəl edən, ey tədbirin dairəsində yuvarlanan,

آمَنْتُ بِمَنْ نَوَّرَ بِكَ الظُّلَمَ، وَ أَوْضَحَ بِكَ الْبُهَمَ، وَ جَعَلَكَ آيَةً مِنْ آيَاتِ مُلْكِهِ، وَ عَلامَةً مِنْ عَلامَاتِ سُلْطَانِهِ، وَ امْتَهَنَكَ بِالزِّيَادَةِ وَ النُّقْصَانِ، وَ الطُّلُوعِ وَ الْأُفُولِ، وَ الْإِنَارَةِ وَ الْكُسُوفِ، فِي كُلِّ ذَلِكَ أَنْتَ لَهُ مُطِيعٌ، وَ إِلَى إِرَادَتِهِ سَرِيعٌ سُبْحَانَهُ مَا أَعْجَبَ مَا دَبَّرَ فِي أَمْرِكَ وَ أَلْطَفَ مَا صَنَعَ فِي شَأْنِكَ جَعَلَكَ مِفْتَاحَ شَهْرٍ حَادِثٍ لِأَمْرٍ حَادِثٍ فَأَسْأَلُ اللَّهَ رَبِّي وَ رَبَّكَ، وَ خَالِقِي وَ خَالِقَكَ، وَ مُقَدِّرِي وَ مُقَدِّرَكَ، وَ مُصَوِّرِي وَ مُصَوِّرَكَ: أَنْ يُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ أَنْ يَجْعَلَكَ هِلالَ بَرَكَةٍ لا تَمْحَقُهَا الْأَيَّامُ، وَ طَهَارَةٍ لا تُدَنِّسُهَا الآْثَامُ هِلالَ أَمْنٍ مِنَ الآْفَاتِ، وَ سَلامَةٍ مِنَ السَّيِّئَاتِ، هِلالَ سَعْدٍ لا نَحْسَ فِيهِ، وَ يُمْنٍ لا نَكَدَ مَعَهُ، وَ يُسْرٍ لا يُمَازِجُهُ عُسْرٌ، وَ خَيْرٍ لا يَشُوبُهُ شَرٌّ، هِلالَ أَمْنٍ وَ إِيمَانٍ وَ نِعْمَةٍ وَ إِحْسَانٍ وَ سَلامَةٍ وَ إِسْلامٍ.

Sənin səbəbinlə qaranlıqları işıqlandırana, çətinliklə tapılanı aşkar edənə, Səni özünün qalibiyyət nişanələrindən biri edənə, Öz qüdrət nişanələrindən biri nişan verənə, bəzən Səni tam, bəzən naqis edənə, bəzən batırıb bəzən çıxarana, bəzən nurlu, bəzən tutqun edənə iman gətirdim. Bütün bunllarda ona təslimsən, o münəzzəhdir, Sənin barəndəki tədbiri necə də qəribədir, Sənin haqqında etdiyi işi necə də dəqiqdir, yeni iş üçün səni təzə ayın açarı etdi, beləliklə səni və məni yaradan, sənin və mənim Rəbbim olan sənə və mənə surət verən, sənin və mənim cilovum qüdrətinin əlində olan Allahdan istəyirəm ki, Muhəmməd və onun soyuna salam yetirsin və səni bərəkət ayı qərar versin ki, ruzigarın ötməsi onu aradan aparmasına günahların bulaşdırmadığı pak bir ay etsin, bəlalardan nicat hilalı, pisliklərdən salamatlıq, nəhslikdən uzaq olan xoş tale hilalı, müsibətsiz xşluq, çətinliksiz rahatlıq, şərsiz xeyir, iman və əmin-amanlıq hilalı, ehsan və nemət, sağlamlıq və islam hilalı olsun.

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اجْعَلْنَا مِنْ أَرْضَى مَنْ طَلَعَ عَلَيْهِ، وَ أَزْكَى مَنْ نَظَرَ إِلَيْهِ، وَ أَسْعَدَ مَنْ تَعَبَّدَ لَكَ فِيهِ، وَ وَفِّقْنَا فِيهِ لِلتَّوْبَةِ، وَ اعْصِمْنَا فِيهِ مِنَ الْحَوْبَةِ، وَ احْفَظْنَا فِيهِ مِنْ مُبَاشَرَةِ مَعْصِيَتِكَ وَ أَوْزِعْنَا فِيهِ شُكْرَ نِعْمَتِكَ، وَ أَلْبِسْنَا فِيهِ جُنَنَ الْعَافِيَةِ، وَ أَتْمِمْ عَلَيْنَا بِاسْتِكْمَالِ طَاعَتِكَ فِيهِ الْمِنَّةَ، إِنَّكَ الْمَنَّانُ الْحَمِيدُ، وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın onlara çıxıdığı ən razı kəslərdən qərar ver, o aya baxanların ən pakizəsi, onda Sənin bəndəliyinə çalışanların ən səadət-lisi qərar ver. Bu ayda bizə tövbə etməyən mərhəmət et, günahdan qoru, itaətsizliyinə qurşanmaqdan saxla, nemətinə şükr etməyimizə ehsan et, bizə sağlamlıq və əmin-amanlıq libası geyindir, tam itaətlə bu aydan bizə olan nemətini tamamla, çünki Sən bəxşiş edən, şükrə-tərifə layiqsən, Allahın səlatü-salamı olsun Muhəmməd və onun pak, pakizə soyuna.

 

Səhifeyi Səccadiyyə duaları


more post like this