مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ (261)

 

TƏRCÜMƏ:

 

“Öz mal-dövlətlərini Allah yolunda infaq edənlərin məsəli yeddi sünbül cücərdən və hər sünbülündə də yüz dən olan toxumun məsəli kimidir. Allah onu istədiyi (və ləyaqəti olan) hər kəs üçün iki dəfə, yaxud bir neçə qat artırar və Allah (qüdrət və rəh-mət nəzərindən) geniş və (hər bir şeyi) biləndir.”

 

TƏFSİR:

 

Cəmiyyətdə yaranan sinfi ixtilaf və ziddiyyətlərin həll edilməsi üçün israf və yersiz xərclərdən uzaq olaraq infaq etmək ən yaxşı bir vasitədir. Əksinə olaraq sələmçi-liyin meydana gəlib yayılması sinfi ziddiyyətlərin yaranıb dərinləşməsinə səbəb olur. Qurani-kərimdə infaq etməyin zəruri olduğunu və sələmçiliyin qadağan edilməsini göstə-rən bütün ayələr yanaşı qeyd olunmuşdur.[ “Əl-mizan” təfsiri, 2-ci cild, səh.406]

 

Qeyd etmək lazımdır ki, yerə əkilən hər bir dəndən yed-di sünbül və hər bir sünbüldən də yüz dən əmələ gəlməsinin müəyyən şərtləri də vardır. O şərtlərdən biri də toxumun əkin üçün yararlı olması, əkildiyi yerin münbitliyi, əkin zamanının münasibliyi, inkişaf etməsi üçün şəraitin əlverişli olması və cücərdikdən sonra onun tam nəzarət altında saxlanılmasıdır. İnfaqın da bir neçə dəfə artıq səmərə verməsi müəyyən şərtlər daxilində mümkündür. On-lardan biri də infaq olunan malın halal olması, pak niy-yətlə və Allah dərgahına yaxınlaşmaq məqsədi ilə verilmə-si, düzgün şəkildə və həssas anlarda minnətsiz olaraq yoxsul və ehtiyaclı insanlara çatdırılmasıdır.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Təbii misallardan istifadə edilməsi heç vaxt röv-nəqdən düşmür, hansı yaşda və şəraitdə olmasından asılı olmayaraq hər bir insan üçün dərk olunmağa qabildir.

 

2- Təşviq etmək və vədə vermək hərəkət üçün ən təsirli amillərdən biridir.

 

3- Allahın lütf və mərhəmətində heç bir məhdudiyyət yoxdur: وَاللّهُ يُضَاعِفُ … وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

 

4- İnfaq etmək yalnız o vaxt dəyərli iş hesab olunur ki, Allah yolunda və yalnız Onun razılığı xatirinə olsun:

 

فِي سَبِيلِ اللّهِ

 

5- Quran o şəxsləri tərifləyir ki, infaq onların dai-mi və adət etdikləri işlərdəndir. İndiki zaman forma-sında olan “yunfiqunə” feli də məhz bu mənanı çatdırır.

 

6- Ən yaxşı misal odur ki, onun nümunəsini real həyat-da da tapmaq mümkün olsun.[ “Təfsiri Məraği” və “Təfsiri nümunə”də qeyd olunur ki, İran və Mi-sir alimləri bu qəbildən olan sünbüllərin mövcud olduğunu təsdiq etmiş-lər.]

 

7- Malın infaq edilməsi onun xeyir-bərəkətini yeddi yüz dəfəyə qədər artırırsa, onda Allah yolunda öz canların-dan keçib bu əziz və dəyərli sərmayəni infaq edənlərin mə-qam və dərəcəsi necə olar!

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this