وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِـي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِن قَالَ بَلَى وَلَـكِن لِّيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ (260)

 

TƏRCÜMƏ:

 

“Və (yada sal o) zamanı ki, İbrahim dedi: “Pərvərdigara, ölü-ləri necə diriltməyini mənə göstər!” (Allah) buyurdu: “Məgər iman gətirməmisən?” (İbrahim) dedi: “Əlbəttə ki, (inanı-ram), amma qəlbimin sakitləşməsini istəyirəm.” (Allah) buyur-du: “(Belədirsə,) dörd quşu (təfsirlərə əsasən: tovuz quşu, xoruz, göyərçin və qarğa) tutub (kəsdikdən sonra) onların ətini tikə-tikə doğra (və bir-birinə qarışdır). Sonra onun hər bir hissəsi-ni bir dağın başına qoy və onları çağır. Sürətlə sənə tərəf gə-ləcəklər. Bil ki, Allah (hər bir işə) qadir və hikmət sahibidir (həm ölülərin bədən zərrələrindən agahdır, həm də onları topla-yıb diriltməyə qadirdir).”

 

TƏFSİR:

 

Sevimli peyğəmbərimiz həzrəti Məhəmməd (s)-dən sonra tarixin ən böyük şəxsiyyəti olan həzrət Əli (ə)-ın belə bu-yurduğu nəql olunur: “Əgər bütün pərdələr kənara çəkilsə, mə-nim yəqinliyim heç də artmaz (yəni pərdənin olub-olmamasının mənim yəqinimə heç bir təsiri yoxdur).”[ “Qürərül-hikəm”, “Ruhul-məani” təfsiri, 1-ci cild, səh.416]

 

Amma bütün insanlar təkcə eşitdiklərini deyil, hətta öz inandığı şeyləri də belə əyani olaraq müşahidə etmək istəyirlər. Məsələn, qəndin şəkər çuğundurundan alındığı-nı bildikləri halda, onun necə hazırlandığını da görmək istəyirlər.

 

 

 

1- İnsan qəlbən xatircəm olmaq üçün həmişə öz iman və yəqin dərəcəsini yüksəltmək fikrində olmalıdır: لِّيَطْمَئِنَّ قَلْبِي

 

2-Kəşf və şühud məqamına yalnız o kəslər nail ola bi-lər ki, elm, iman və istidlalın müəyyən dərəcələrini qət et-miş olsunlar.

 

3- İlahi övliyaların duası bütün aləm zərrələrində təsirlidir: ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا

 

4- Məad cismanidir və Qiyamətdə ruh insanın elə bu dünyadakı bədəninin zərrələrinə qayıdacaqdır.

 

 

5- İbrahim (ə)-ın əsas məqsədi qəlbən xatircəm olmaq idi, buna görə də bu iş elə onun əli ilə icra olundu (quş-ların tutulub kəsilməsi, ətlərinin bir-birinə qarışdı-rılaraq dağların başına qoyulması).

 

6- Bir şeyi dərindən öyrənmək üçün əyani vəsaitlərdən və ya bir sıra nümayiş metodlarından istifadə etmək la-zımdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this