أَوْ كَالَّذِي مَرَّ عَلَى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا قَالَ أَنَّىَ يُحْيِـي هَـَذِهِ اللّهُ بَعْدَ مَوْتِهَا فَأَمَاتَهُ اللّهُ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالَ كَمْ لَبِثْتَ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالَ بَل لَّبِثْتَ مِئَةَ عَامٍ فَانظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ وَانظُرْ إِلَى حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِّلنَّاسِ وَانظُرْ إِلَى العِظَامِ كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (259)

 

TƏRCÜMƏ:

 

“Yaxud damları çökmüş, divarları uçmuş (viran olmuş) bir diyardan keçən o şəxsi görmədinmi? (Oranın əhalisinin hamısı ölmüş və sümükləri pərakəndə vəziyyətdə hər tərəfə dağılmışdı. O öz-özünə) dedi: “Allah, öldükdən sonra bunları necə dirildə-cək?” (Bu zaman) Allah onu yüz il öldürdü və sonra dirildib “Nə qədər burada qaldın?” – deyə soruşduqda, “bir gün, yaxud bir gündən də az” – deyə cavab verdi. Allah buyurdu: “(Xeyr!) Sən yüz il yatmı-san. Yeməyinə və içməli şeylərinə bir bax, (onları sən özünlə gə-tirmişdin, uzun illər keçməsinə baxmayaraq) əsla dəyişilmə-miş, xarab olmamışdır. (Allah, tez xarab olan bu yeməyi uzun il-lər təzə-tər saxlamağa qadirdir.) Lakin öz ulağına bir bax, (o, necə çürüyüb aradan getmişdir) biz səni (qiyamətdə yenidən dirilmək üçün) bir nişanə və insanlar üçün bir höccət qərar veririk. (İn-di sənin miniyin olan) ulağın sümüklərinə bax, gör onları bir-birinə necə yapışdırıb sonra ətlə örtürük. (O ilahi insan üçün bu həqiqətlər) aşkar olduqda dedi: “Bilirəm ki, Allah hər bir şe-yə qadirdir.”

 

TƏFSİR:

 

Keçən ayədə həzrəti İbrahimlə Nəmrudun tovhid barə-sində olan söhbəti, başqa sözlə desək, dəlil-sübut yolu ilə olan hidayət barəsindəki mübahisəsini nəzərinizə çatdır-dıq. Bu ayədə isə məad barəsində söhbət gedir, hidayət əməli surətdə, hiss olunan tərzdə nümayiş etdirilir. Bəzi hədis-lərdə qeyd olunur ki, bu şəxs Üzeyir peyğəmbər olmuşdur. “Əl-mizan” təfsirində qeyd olunur ki, Allah-taala ilə da-nışmaq şərəfinə nail olduğu üçün, o, hökmən peyğəmbər ol-malı idi.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Dəlil gətirməyin ən yaxşı yollarından biri də hər hansı bir şeyi əməli olaraq nümayiş etdirməkdir:

 

فَانظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ

 

2- Müəyyən bir məsələni başa düşmək üçün lazım gəlsə, hətta yüz il ölmək də çox mühümdür.

 

3- Hətta bildiyiniz şeylər haqqında da təcrübə və sınaq keçirməklə, soruşmaq və digər yollarla öz elminizi artı-rın: أَنَّىَ يُحْيِـي هَـَذِهِ اللّهُ

 

4- Keçmişdən yadigar qalan şeylərdən, hətta uçub dağıl-mış və viran olmuş qədim tikililər və əşyalardan da yeni-yeni ibrət dərsləri almaq lazımdır.

 

5- İnsan hansı surətdə ölmüşsə, həmin halda da diri-lib məhşərə gələcəkdir: ثُمَّ بَعَثَهُ

 

6- Uzun zaman fasiləsi Allahın əzəli və yenilməz qüd-rətinə heç bir xələl gətirə bilməz: فَأَمَاتَهُ اللّهُ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ

 

7- Allahın iradəsi ilə bərk sümüklərin çürüyüb ara-dan getməsi, amma tez xarab olan yeməklərin yüz il ərzində təravətli qalması mümkündür.

 

8- Allahın müəyyən məsələlərdə xüsusi qüdrət nümayiş etdirməsi insanları düz yola hidayət etmək üçündür:

 

وَلِنَجْعَلَكَ آيَةً لِّلنَّاسِ

 

9- Allah-taala Qiyamət səhnəsini elə bu dünyada nüma-yiş etdirir: وَانظُرْ إِلَى العِظَامِ كَيْفَ نُنشِزُهَا

 

10- Məad təkcə ruhani deyil, həm də cismanidir:

 

وَانظُرْ إِلَى العِظَامِ

 

Əgər məad təkcə ruhani olsaydı, heç vaxt sümük, qəbir və s. kimi şeylərdən söhbət açılmazdı.

 

11 – Rəcət, yəni ölülərin qiyamət başlamazdan əvvəl, elə bu dünyada dirilməsi əqlən qəbul olunası bir işdir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this