أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ (258)

 

TƏRCÜMƏ:

 

“Allahın əta etdiyi padşahlıq üzündən İbrahim ilə, Pər-vərdigar barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədin-mi? (Və ya onun əhvalatını bilmirsən?) İbrahim ona: “Mənim Rəbbim o kəsdir ki, öldürür və dirildir”, – dedikdə, o, “mən də həm dirildir, həm də öldürürəm!” – deyə cavab verdi. İbrahim dedi: “Mənim Allahım günəşi məşriqdən gətirir, (əgər sən də dünya-nın hakimisənsə) günəşi məğribdən çıxart.” (Məhz belə olan halda) o kafir heyrətdə donub qaldı. Allah zalım qövmü düz yola hidayət etməz.”

 

TƏFSİR:

 

Tarixi rəvayətlərdə qeyd olunur ki, Babilin padşahı Nəmrud, İbrahim (ə) ilə Allah barəsində mübahisə etdi. İbrahim ona dedi: “Mənim Pərvərdigarım o kəsdir ki, varlıq-ları dirildir və öldürür.” Nəmrud dedi: “Mən də öldürür və diril-dirəm.” Sonra zindandan iki nəfərin gətirilməsini əmr verdi. Onların birini qətlə yetirib digərini isə azad etdi. İbrahim (ə) bu müğalitəni, eləcə də onun öldürmək və diriltməyi necə də yanlış başa düşməsini, bu yolla da avam insanları yoldan azdırmaq istəməsini gördükdə buyurdu: “Mənim Allahım günəşi şərqdən çıxarır. Dünyaya mütləq haki-miyyətini, hər bir şeyin sənin nəzarətin altında olmasını id-dia edirsənsə, günəşi qərb tərəfdən çıxart”. İşi belə görən Nəmrud çıxılmaz vəziyyətdə qaldı və sükut etməkdən başqa heç bir cavab tapa bilmədi.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this