لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ (265)

TƏRCÜMƏ:

“Dində (dini qəbul etməkdə) məcburiyyət yoxdur (çünki) düz yol azğınlıq yolundan aydın şəkildə seçilmişdir. (Belə isə) hər kəs tağuta (büt, şeytan və hər bir tüğyançı varlığa) kafir olsa və Allaha iman gətirsə, şübhəsiz ki, heç vaxt qırılmaq bilməyən möhkəm dəstəkdən (ürvətül-vüsqadan) yapışmış olar. Allah eşi-dən və biləndir.”

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Mədinə əhalisindən olan Əbu Həsinin iki oğlu var idi. Mədinəyə ticarətə gələn tacirlərdən bəziləri o iki oğlan uşağını yoldan azdıraraq onları məsihi dininə də-vət etdilər. Onlar da bu təbliğatın təsiri altına düşdü-lər.

Əbu Həsin bu hadisədən bərk narahat olub onu Peyğəm-bərə xəbər verdi və o həzrətdən xahiş etdi ki, onları yeni-dən öz dininə dəvət etsin. Yuxarıdakı ayə nazil olaraq dində məcburiyyət və zorakılıq olmamasını bəyan etdi.

TƏFSİR:

“Ayətəl-kürsü” həqiqətdə dinin əsasını təşkil edən tovhid, Allahın cəlal və cəmal sifətlərini bəyan edən bir məcmuə idi. Bunun hər bir mərhələsinin əqli dəlillərlə isbat olunması mümkün olduğuna, icbar və ikraha ehtiyac du-yulmadığına görə bu ayədə buyurulur: “Dinin qəbul olunmasında heç bir məcburiyyət yoxdur. (Çünki) düz yol azğınlıq yolundan ay-dın şəkildə seçilmişdir.” لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ

Bu ayə islam dininin bəzi hallarda icbar və zorla qə-bul etdirilməsinin tərəfdarı olmasını, yalnız qılınc və süngü gücünə irəliləməsini iddia edənlərə tutarlı bir də-lildir.

Sonra, əvvəlki cümlədən alınan ümumi bir nəticə belə bəyan edilir: “Belə isə hər kəs tağuta (bütlərə, şeytana, tağut-sifət və tüğyançı insanlara) kafir olsa və Allaha iman gətirsə, heç vaxt qırılmaq bilməyən möhkəm bir dəstəkdən yapışmış olur: فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا

Ayənin axırında buyurulur: “Allah eşidən və biləndir.”

وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

İman və küfr elə məsələlərdəndir ki, heç vaxt zahiri əlamətlərlə məlum olmur. Çünki Allah-taala aşkarda, xü-susi şəkildə və gizlində deyilən sözlərin hamısını eşi-dir.

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

more post like this