اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ (255)

 

TƏRCÜMƏ:

 

“Həyy (diri) və Qəyyum (Özü Öz Zatı ilə, qalan varlıqlar isə Onun Zatı ilə qaim) olan Allahdan başqa heç bir məbud yoxdur. O nə mürgüləyər, nə də yuxuya gedər. Asimanlarda və yerdə olanlar Ona məxsusdur. Onun izni olmadan kim Onun yanında (hüzurunda) şəfaət edə bilər?! (Buna görə də Allahın izni ilə şəfaət edən-lərin şəfaəti Onun mütləq hakimiyyətinə xələl gətirməz.) On-ların (bəndələrin) keçmişini də, gələcəyini də bilir. Heç kəs Al-lahın elmindən, Onun Özünün istədiyi miqdardan artıq şeyə agah ola bilməz. Onun hakimiyyət kürsüsü (elm, qüdrət və səltə-nəti) asimanları və yeri əhatə etmişdir. Bu ikisini (asiman-ları və yeri) mühafizə etmək Onun üçün çətin deyildir. O, əliyy (ən uca və yüksək məqamlı) və əzimdir (Zat və sifətdə ən böyük var-lıqdır).”

 

AYƏTƏL-KÜRSÜ QURANIN ƏN MÜHÜM AYƏLƏRİNDƏN BİRİDİR

 

Bu şərif ayənin fəzilət və əhəmiyyətini bəyan etmək üçün təkcə Peyğəmbər (s)-in bu barədə buyurduğunu qeyd etmək kifayətdir. O həzrət Übeyy ibni Kəbdən soruşdu: “Allahın kitabında (məqam cəhətindən) ən böyük ayə hansıdır?” Übeyy ərz etdi: “Əllahu la ilahə illa huvə” ayəsi. Peyğəmbər-əkrəm (s) əli-ni onun sinəsinə vurub buyurdu: “Elmin sənə halal olsun! Mə-həmmədin canı (qüdrət) əlində olan Allaha and olsun, bu ayənin iki dili və iki dodağı vardır ki, ilahi ərşdə Allahı təqdis edib təsbih deməklə məşğuldur.”[ “Əd-durrul-mənsur”, 2-ci cild, səh.8]

 

İmam Baqir (ə)-dan nəql olunan bir hədisdə buyurulur: “Hər kim Ayətəl-kürsünü bir dəfə oxusa, Allah-taala onun min dünya və min də axirət çətinliyini aradan qaldırar. Belə ki, dünyadakı xoşagəlməz işlərinin ən yüngülü yoxsulluq, axirətdə-kilərin ən yüngülü isə qəbir əzabıdır.”[ “Biharul-ənvar”, 2-ci cild, səh.262, 1-ci hədis]

 

TƏFSİR:

 

Bu ayədə əvvəlcə Allahın müqəddəs Zatı və tovhid məsə-lələrindən, sonra Onun gözəl adlarından (əsmai-hüsna) söh-bət edilərək buyurulur: “Allahdan başqa heç bir məbud (ibadətə layiq kimsə) yoxdur.” اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ

 

“Allah” kəlməsi Haqq-taalanın xüsusi adı olub bütün kəmal, cəmal və cəlal sifətlərini özündə cəm edən Zat məna-sını çatdırır.

 

Sonra isə əlavə edilərək buyurulur: “Elə bir Allah ki, Həyy (diri) və Öz Zatı əsasında qaimdir, kainatın sair varlıqla-rı isə Onun vasitəsi ilə mövcud olur.” الْحَيُّ الْقَيُّومُ

 

Aydındır ki, Allahda olan dirilik və həyat həqiqi hə-yatdır. Çünki burada həyat Onun Zat, elm və qüdrət məcmuəsi ilə eyniyyət təşkil edir. Lakin sair varlıqlara gəldikdə isə, onların həyatı zatlarına arizidir, yəni ona əlavə olunmuşdur. Buna görə də müəyyən bir müddətdən sonra məhv olub aradan gedir.

 

Amma Allah-taalanın müqəddəs Zatı belə deyildir. “Fürqan” surəsinin 58-ci ayəsində buyurulduğu kimi: “Heç vaxt ölməyən diri bir Zata təvəkkül et!”

 

Ayənin davmında buyurulur: “O, nə mürgüləyər, nə də yuxuya gedər.” O, bir an olsun belə, kainatı idarə etməkdən və yarat-dığı varlıqlardan qafil olmur: لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ

 

“Sinətun” kəlməsi insanın yalnız gözlərinə ariz olan yuxuya deyilir. Amma bu yuxu dərinləşərək qəlbə də nüfuz et-dikdə, ona “novm” deyilir. Bu cümlə həqiqətdə bunu çatdırır ki, Allah-taalanın feyz və lütfü daimidir, bir an da olsun belə, kəsilmir.

 

Sonra Allahın mütləq hakimiyyəti və səltənətinə işa-rə edilərək buyurulur: “Göylərdə və yerdə olanların hamısı Ona məxsusdur.” لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ

 

Bu xüsusiyyət yuxarıdakı ayədə Allah-taala üçün bəyan olunan beşinci sifətdir. Çünki, ondan əvvəl Allahın yega-nəliyi (tovhid), Həyy və bütün yaranmışlara Qaim olması, eləcə də yuxunun Onun müqəddəs Zatına aid edilməməsi qeyd olunmuşdur.

 

Aydındır ki, Allahın bu sifətinə – hər bir şeyin yalnız Ona məxsus olmasına diqqət yetirilməsi insanlara çox mühüm tərbiyəvi təsir bağışlayır. Çünki insan, istis-nasız olaraq malik olduğu bütün şeylərin Allaha məxsus olduğunu və həmin şeylərin bir növ ona icarə və ya əmanət verilməsini bildikdə, bu əqidə qəti olaraq onu, başqala-rının hüququnu tapdalamaqdan, istismarçılıq, möhtəkir-lik, hərislik, paxıllıq, tamahkarlıq və sair kimi rəzil xüsusiyyətlərdən saxlayır.

 

Ayədə gətirilən altıncı sifət isə belə bəyan edilir: “Onun izni olmadan, kim Onun yanında şəfaət edə bilər?!”

 

مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ

 

Həqiqətdə burada inkari sual ilə cavab verərək başa salmaq istəyir ki, heç bir kimsə Allahın fərmanı olmadan Onun dərgahında şəfaət edə bilməz. (“Bəqərə” surəsinin 48-ci ayəsinin izahında şəfaət barəsində ətraflı söhbət olundu.)

 

Ayənin davamında yeddinci sifət belə bəyan edilir: “Allah onların (bəndələrin) arxalarında və qarşılarında olan-ları bilir, onların keçmiş və gələcəklərindən agahdır.”

 

ِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ

 

Beləliklə, bütün zaman və məkan dairəsi Onun elm dər-gahında tamamilə aşkardır. Deməli hər bir iş, hətta şə-faət belə, Onun izni ilə olmalıdır.

 

Bu sifətin ardınca buyurulur: “Onlar (bəndələr) Allahın istədiyi miqdardan başqa, Onun elmindən agah ola bilməzlər.” Elminin yalnız məsləhət görülən cüzi bir qismini başqa-larının ixtiyarında qoymuşdur: وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء

 

Buradan aydın olur ki, bəndələrin olduqca məhdud el-minin mənşəyi də məhz Onun sonsuz və mütləq elmidir.

 

Yuxarıdakı cümlədən iki əsas məsələ aydınlaşır: Birincisi budur ki, heç kəsin özünə məxsus olan elmi yoxdur və bəşərdə olan elm və biliyin hamısı yalnız Allah tərə-findəndir.

 

İkincisi isə budur ki, Allah-taalanın Öz gizli elm və sirlərinin bir qismini istədiyi şəxslərə əta etməsi müm-kündür.

 

Ayədə doqquzuncu və onuncu sifətlər belə bəyan olunur:

 

“Onun (elm, qüdrət və hakimiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir, yerin və göylərin qorunub saxlanması Onun üçün əsla çətin deyildir.” وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا

 

Allahın hakimiyyət dairəsi bütün göyləri və yeri, elm kürsüsü bütün aləmləri əhatə etmişdir. Heç bir şey Onun elm və qüdrət dairəsindən xaricdə deyildir.

 

Bəzi hədislərdən məlum olur ki, Allahın kürsüsü asimanlardan və yerdən qat-qat genişdir. İmam Sadiq (ə)-dan belə nəql olunur: “Asimanlar və yer, Allahın kürsüsü ilə müqa-yisədə səhraya atılmış bir üzüyə bənzəyir. Kürsü də öz növbəsində ilahi ərş ilə müqayisədə, səhranın ortasına atılmış bir üzüyə bənzəyir.”[ “Əl-Burhan fi təfsiril-Quran”, 1-ci cild, səh.241]

 

Əlbəttə, bəşər elmi indiyə qədər bu ayənin əsl mənası-nı kəşf etməkdə acizdir.

 

On birinci və on ikinci sifətləri belə bəyan edir: “O, əliyy (ən yüksək məqamlı) və əzimdir (ən əzəmətlidir).” وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

 

Mütləq əzəmət və sonsuz qüdrətə malik olan Allah üçün heç bir şey çətin ola bilməz. O, heç vaxt varlıq aləmini idarə etməkdən yorulmaz, onların heç birindən qafil və xə-bərsiz deyil. Onun elmi hər bir şeyi əhatə etmişdir.

 

Diqqət yetirmək lazımdır ki, bu ayə (Ayətəl-kürsü) məş-hur nəzəriyyənin əksinə olaraq, bir neçə ayədən deyil, yalnız qeyd olunan bu ayədən ibarətdir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this