يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لاَّ بَيْعٌ فِيهِ وَلاَ خُلَّةٌ وَلاَ شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ (254)

 

TƏRCÜMƏ:

 

“Ey iman gətirənlər, nə (səadət və cəzadan qurtuluş yolla-rını satın almaq üçün) alış-verişin, nə (maddi məqsədlərlə olan) dostluğun, nə də (layiq olmadığınız) şəfaətin olmadığı gün gəlib çatmazdan əvvəl sizə ruzi kimi verdiyimiz şeylərdən infaq edin. Zalımlar məhz kafirlərdir (çünki onlar həm özləri-nə, həm də başqalarına zülm edirlər).”

 

TƏFSİR:

 

Bu ayə möminlərə xəbərdarlıq edərək buyurur ki, yara-nan fürsətləri əldən verməsinlər və qiyamət günü gəlib çat-mazdan əvvəl səfər ehtiyatı tədarük görsünlər. Çünki qiya-mətdə ilahi cəzadan xilas olmaq və səadət vasitələrini təda-rük görmək üçün nə alış-veriş, nə dostluq, nə vasitəçilik və nə də başqa şey vardır.

 

Onlar buna görə şəfaətdən məhrumdurlar ki, dünyada digərlərinin məhrumiyyətlərə düçar olmasına səbəb ol-muşlar. Məsələn, paxıl adam öz varlığında səadətinə səbəb olan nuru söndürdüyü, ilahi göstərişlərə etinasız yanaş-dığı üçün özünə zülm etmiş olur və bununla da öz axirətini puça çıxarır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 

 


more post like this