تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ (252)

 

 

TƏRCÜMƏ:

 

 

 

Quranın ikinci cüzünün axırıncı ayəsi olan bu ayədə qeyd olunur ki, əvvəlki ayələrdə söhbət açılan hadisə və əhva-latların hamısı ibrət dərsləridir. Xüsusilə, minlərlə insanın bir anda həlak olaraq sonradan ilahi bir peyğəm-bərin duası ilə yenidən dirilməsi, adsız-sansız, lakin rəh-bərlik məqamına layiq və bilikli bir çobana rəhbərlik verilməsi, azsaylı bir dəstənin böyük və başdan-ayağa qədər silahlanmış düşmən ordusuna qələbə çalması, o mühari-bədə cavan bir oğlanın şücaət və mərdanəliyi, ona nübüvvət məqamının əta olunması göstərilir.

 

Bunların hamısı ilahi ayələrin cilvəsi, Peyğəmbəri-əkrəm (s)-in risalətinin doğruluq nişanələridir. Keçən ayələrdən qələbə amilinin üç şey olması məlum olur:

 

1- Layiqli və qüdrətli rəhbər;

 

2- İmanlı ardıcıllar;

 

3- Allaha təvəkkül etmək, səbirli olmaq və ilahi hədəf və məsuliyyət hissi keçirmək.

 

253-CÜ AYƏ

 

تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِّنْهُم مَّن كَلَّمَ اللّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ وَلَـكِن ِ اخْتَلَفُواْ فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلُواْ وَلَـكِنَّ اللّهَ يَفْعَلُ مَا يُرِيدُ (253)

 

TƏRCÜMƏ:

 

“O peyğəmbərlərin bəzilərini bəzilərindən üstün etdik. Allah onların bəziləri ilə danışırdı; bəzilərinə (üstün) dərəcələr bəxş etdi; Məryəm oğlu İsaya aydın nişanələr verdik və onu Ruhul-qudus ilə qüvvətləndirdik. (Lakin onların məqam-ları arasındakı fərqlər ümmətlərinin ixtilafa düşməsinə mane olmadı.) Əgər Allah istəsəydi, onlardan sonra gələnlər, onlar üçün bu qədər aydın nişanələr gəldikdən sonra bir-biri ilə vuruşmazdılar. (Amma Allah insanları məcbur etmir; və onları səadət yolunu keçməkdə azad qoymuşdur.) Lakin bir-biri ilə ixtilaf edənlər məhz bu ümmətlər idi. Bəziləri iman gə-tirdilər, bəziləri isə kafir oldular (və müharibə edib qırğın törətdilər). əgər Allah istəsəydi, onlar bir-biri ilə müha-ribə etməzdilər, lakin Allah istədiyini (hikmət üzündən) ən-cam verir.”

 

TƏFSİR:

 

Bu ayədə bəzi peyğəmbərlərin malik olduğu imtiyaz və üstünlüklərdən söhbət açılır. Məsələn, Həzrət Musa barə-sində qeyd olunur ki, Allah onunla danışmışdır. “Əraf” surəsinin 144-cü ayəsində buyurulur: “Ey Musa, Mən səni Öz ri-salətlərim və (səninlə) danışmağımla seçib camaatdan üstün etdim.”

 

Həzrəti Məhəmməd (s)-ə gəldikdə isə “Ənbiya” surəsi-nin 107-ci ayəsindən məlum olduğu kimi, ona bütün aləmlərə rəhmət və bütün ilahi peyğəmbərlərin sonuncusu olması, na-zil olan kitabının (Qurani kərimin) təhrif olunmayacağı və sair məziyyətlərlə üstünlük verilmişdir.

 

Həzrəti İbrahim və Nuh (ə)-a isə Allah tərəfindən ən yaxşı salamlar göndərilmişdir. Yuxarıdakı ayədə də qeyd olunur ki, Həzrəti İsa Ruhul-qudusun vasitəsi ilə qüv-vətləndirilmişdir. Bu ayədə həmçinin qeyd olunur ki, əgər Allah istəsəydi, peyğəmbərlər gəldikdən sonra cama-at arasında yarana biləcək ixtilafların qarşısı alı-nar, insanlar məcburən və heç bir çətinlik olmadan va-hid bir yolda qərar verilərdi. Lakin Allahın dəyişməz qanunu budur ki, insanlar tam ixtiyarla hər hansı bir yo-lu seçib-seçməməkdə azad olsunlar.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this