فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلاَّ مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُواْ مِنْهُ إِلاَّ قَلِيلاً مِّنْهُمْ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُواْ مَعَه ُ قَالُواْ لاَ طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنودِهِ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو اللّهِ كَم مِّن فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللّهِ وَاللّهُ مَعَ الصَّابِرِينَ (249)

 

TƏRCÜMƏ:

 

“Talut (Bəni-israilin ordusuna sərkərdə seçiləndən sonra) əsgərlərini özü ilə birlikdə şəhərdən kənara apardığı zaman on-lara dedi: “Allah sizi axar su ilə imtahan edəcəkdir. Hər kəs on-dan (susayan zaman) içsə məndən deyildir, amma bir ovucdan artıq içməyənlər məndəndir (bu qədər götürüb içməyin eybi yoxdur)”. (Su-ya çatdıqları zaman) az bir dəstə istisna olmaqla hamı ondan iç-di. Sonra o və ona iman gətirənlər (imtahandan üzüağ çıxanlar) o çaydan keçib (öz adamlarının azlığından narahat oldular, onlar-dan bir dəstəsi) dedilər: “Bu gün bizim Calut və onun ordusu ilə qarşılaşmağa qüdrətimiz yoxdur.” Amma Allaha qovuşacağını bilənlər (və Qiyamət gününə imanları olanlar) dedilər: “Nə qədər olub ki, (bir çox hallarda) sayları azı olanlar Allahın fərmanı ilə böyük qoşunlara qələbə çalmışlar.” Və Allah, (müqavimət gös-tərib) səbr edənlərlədir.”

 

TƏFSİR:

 

Bu ayədə Bəni-israil qövmünün bir dəstəsi haqda xəbər verilir: onlar su içməklə imtahan olundular, amma bəzi-ləri susuzluğa dözməyib bu imtahandan üzü ağ çıxmadılar.

 

Yerdə qalanların qarşısında başqa imtahan – ruhi və mənəvi bir imtahan var idi. Onlar Calutun ordusu ilə qar-şılaşan zaman dedilər: Bizim təpədən-dırnağa qədər si-lahlanmış ordu ilə qarşılaşmağa qüdrətimiz yoxdur.

 

Amma Qiyamətə və Allah-taala ilə görüşəcəklərinə imanı olanlar dedilər: Qələbə yalnız Allahın əlindədir. Bir çox hallarda azsaylı dəstələr Allahın izni və fərmanı ilə böyük qoşunlara qələbə çalmışlar.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this