وَقَالَ لَهُمْ نِبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَن يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌ مِّمَّا تَرَكَ آلُ مُوسَى وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلآئِكَةُ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ (248)

TƏRCÜMƏ:

“Peyğəmbər onlara dedi: Onun hökumətinin nişanələri bu-dur ki, Əhd sandığı sizə tərəf gələcəkdir. (Elə bir sandıq ki,) Pərvərdigarınız tərəfindən aramlıq, Harun və Musa xanədanı-nın yadigarları ondadır və iki mələk onu daşıyır. Bu məsələdə sizin üçün (aydın) nişanələr var – əgər imanınız vardırsa.”

TƏFSİR:

Peyğəmbər, onları, Talutun sərkərdə olmasına əmin et-mək üçün dedi: Bəni-israilin müqəddəs sandığı, (yaxud tabut) onlara doğru qaytarılacaqdır ki, Talutun Allah-taala tərə-findən seçilməsinə nişanə və sübut olsun. Tabutdan məqsəd Musanın anasının Allahın əmri ilə öz körpəsini içinə qoyaraq Nil çayına buraxdığı taxta sandıqdır ki, Fironun məmurları o sandığı tutub körpəni onun içərisindən çı-xarmışdılar.

O sandıq həmin vaxta qədər Fironun sarayında idi. Musa (ə) peyğəmbərliyə çatdıqdan sonra Tövrat lövhələrini ona qoydu. Vəfat edən zaman onun zirehli paltarı və sair yadigarları da sandığın içində idi. O, zamanın keçməsi ilə “Əhd sandığı” adı ilə məşhurlaşaraq Bəni-israil qöv-mü arasında müqəddəs sandıq kimi tanındı. Onu müharibə-lərdə qələbə qazanmaq üçün ordunun önündə aparırdılar, am-ma getdikcə onun müqəddəsliyi unuduldu. (Tövratda bu sandıq barəsində müəyyən məlumatlar qeyd olunmuşdur.)

Talutun rəyasəti dövründə Allah-taala oğurlanmış mü-qəddəs sandığı mələklərin vasitəsi ilə onlara qaytardı ki, qəlbən xatircəmlik və aramlıq tapsınlar.

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

more post like this