وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ أَنَّى يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَاللّهُ يُؤْتِي مُلْكَهُ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ (247)

 

TƏRCÜMƏ:

 

“Peyğəmbər onlara dedi: “Allah Talutu sizin üçün rəhbər seçmişdir.” Dedilər: “Necə ola bilər ki, o bizə hakimlik etsin?! Halbuki biz bu məqama ondan daha layiqik! Onun çoxlu mal-dövlə-ti yoxdur.” Peyğəmbər dedi: “Allah onu sizin üçün rəhbər seçmiş, onun elm və (cismi) qüdrətini yüksəltmişdir. Allah Öz mülkü-nü (sərkərdəlik və rəhbərliyi) istədiyi şəxsə verir. Allahın (eh-sanı) vüsətlidir və O, (insanların mənsəblərə ləyaqət və bacarıq-larına) agahdır.”

 

TƏFSİR:

 

Bəni-israil tayfası içərisində zülm görmüş bir dəs-tə, zalımların zülmündən nicat tapmaq üçün öz peyğəmbər-lərindən onlar üçün sərkərdə təyin etməsini istədikləri zaman imtahan meydanında qərar tutdular. Peyğəmbər yoxsul, adı-sanı məlum olmayan cavan bir çobanı – Talutu onlar üçün sərkərdə təyin etdikdə, onlar rəhbər və sərkərdə barə-sində yersiz təsəvvür və qürur üzündən dedilər: Necə ola bilər ki, o bizim sərkərdəmiz olsun, halbuki onun şan-şöhrəti və mal-dövləti yoxdur? Biz mal-dövlət və imkan ba-xımından bu məqama ondan daha layiqik. Peyğəmbər onların, Talutun kasıb olmasını bəhanə gətirdiyini gördükdə buyur-du: Şübhəsiz, sizin üçün onu Allah-taala seçmişdir və ona, yoxsulluğunun əvəzinə elmi bacarıq və müharibədə sərkər-dəlik üçün lazımi qüdrət əta etmişdir. Allah-taala istə-diyi şəxsə, batini istedad və ləyaqətinə görə sərkərdəlik bəxş edər.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this