أَلَمْ تَرَ إِلَى الْمَلإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَى إِذْ قَالُواْ لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللّهِ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِب َ عَلَيْكُمُ الْقِتَال ُ أَلاَّ تُقَاتِلُواْ قَالُواْ وَمَا لَنَا أَلاَّ نُقَاتِلَ فِي سَبِيلِ اللّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَآئِنَا فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْاْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمِينَ (246)

TƏRCÜMƏ:

“Bəni-israildən olan o kəsləri görmədinmi? Onlar Musadan sonra öz peyğəmbərlərinə dedilər: “Bizim üçün rəhbər (və sərkərdə) seç ki, (onun rəhbərliyi altında) Allah yolunda cihad edək.” Pey-ğəmbər onlara dedi: “(Ehtimal vermirsinizmi ki,) əgər cihad hökmü sizə verilsə (ondan imtina edib) Allah yolunda cihad et-məzsiniz?!” Dedilər: “Necə mümkün ola bilər ki, Allah yolunda cihad etməyək, halbuki biz öz ev-eşiklərimizdən və ailəmizdən qo-vulub çıxarılmışıq?! (Şəhərlərimiz düşmənlərimizin vasitə-silə işğal olunub və övladlarımız əsir edilibdir?!)” Amma onla-ra cihad hökmü veriləndə az bir dəstə istisna olmaqla, hamısı imtina etdilər. Allah zalımların işindən agahdır.”

TƏFSİR:

Bu ayədə Bəni-israildən olan bir dəstənin başına gə-lən ibrətamiz əhvalatlara işarə edilir. Bu hadisə Musa peyğəmbərdən sonra baş vermişdi. Əlbəttə, bu hadisənin cihad və dinin müdafiə olunması ilə əlaqədar olan məsələ-lərdən sonra qeyd olunması müsəlmanların ibrət alması üçündür. Ayələrin təfsirinə başlamazdan qabaq bu hadisəni şərh edirik.

İBRƏTLİ HADİSƏ

Fironun istilası nəticəsində zəiflədilmiş yəhudi qövmü Musa (ə)-ın ağıllı və müdrik rəhbərliyi nəticəsində o ağır vəziyyətdən nicat tapıb qüdrət və əzəmətə çatdılar. Allah-taala o peyğəmbərin bərəkəti ilə onlara çoxlu nemət-lər bəxş etdi. “Əhd sandığı” da o nemətlərdən biri idi. (248-ci ayənin təfsirində bu barədə söhbət olunacaqdır). Yəhudilər həmin sandığı qoşunun önündə apararaq ruhiyyə-lərini gücləndirirdilər. Bu qüdrət və əzəmət Musa (ə)-ın vəfatından sonrakı dövrə qədər davam etdi. Amma bu böyük qələbə və nemətlər yavaş-yavaş məğruruluğa səbəb oldu. On-lar eyş-işrətdə, rahatlıqda həyat sürmək ruhiyyəsi nəticə-sində tədricən bu qüdrəti əldən verdilər, hətta öz vətən-lərini müdafiə etməyə belə qadir olmadılar. Buna görə də Əhd sandığını itirib öz vətənlərini əldən verdilər. Bunun ardınca elə bir pərakəndəlik və ixtilafa düçar oldu-lar ki, ən zəif düşmənin müqabilində belə müqavimət gös-tərə bilmədilər. İş o yerə çatdı ki, onların böyük bir dəstəsi öz vətənlərindən qovuldu, ailə və övladları isə əsir düşdü.

Bu vəziyyət uzun müddət davam etdi, nəhayət Allah-taala İşmuil adlı peyğəmbəri seçdi ki, onlara nicat verib yol göstərsin. Onlar düşmənin zülmündən təngə gəlib sığına-caq axtardıqları zaman bir yerə yığışdılar. Peyğəmbərdən, bir əmir və rəhbər təyin etməsini istədilər ki, hamılıq-la onun rəhbərliyi altında toplaşıb düşmənə qarşı vu-ruşsunlar, əldən verdikləri izzət və şövkəti geri qaytar-sınlar.

Onların zəif və süst əhval-ruhiyyələrindən tamamilə agah olan İşmuil peyğəmbər cavabında dedi: Qorxuram ki, cihad hökmü verilərkən öz rəhbərinizin göstərişlərin-dən boyun qaçırasınız və düşmənlərlə mübarizədə öz vəzi-fənizi yerinə yetirməyəsiniz. Onlar dedilər: Axı necə müm-kün ola bilər ki, biz öz rəhbərimizin əmrlərindən boyun qa-çıraq və vəzifəmizi yerinə yetirməyək?! Halbuki, düşmən bi-zim vətənimizi işğal edərək övladlarımızı əsir tutmuş-dur.

İşmuil peyğəmbər onların əsas məsələni və sanki öz ge-riliklərinin səbəbini dərk edərək onun ardınca gəldiklə-rini başa düşdü. O da Allah dərgahına üz gətirdi və qöv-münün istəyini Ondan dilədi. Ona vəhy olundu ki, Talutu on-lar üçün rəhbər seçdim.

İşmuil Allaha ərz etdi: “Pərvərdigara, axı mən Talutu görməmişəm və onu tanımıram?!” Vəhy gəldi ki, Biz onu sənə tərəf göndərəcəyik. Talut sənin yanına gəldikdə ordunun sərkərdəliyini ona həvalə et və cihad bayrağını onun əlinə ver.

Amma bütün bunlarla yanaşı onlar, cihad hökmü veri-lən zaman bəhanə axtarmağa başladılar. Kiçik bir qoşun-dan başqa heç kəs meydana getmədi. Sərkərdəni tək qoydular və onun əmrlərinə itaət etməkdən boyun qaçırdılar.

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

more post like this