وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ وَاعْلَمُواْ أَنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ (244) مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ (245)

 

TƏRCÜMƏ:

 

244- “Allah yolunda cihad edin və bilin ki, Allah eşidən və biləndir.”

 

245- “Kimdir ki, Allaha qərzül-həsənə (gözəl və əvəzsiz borc) versin (Allahın ona əta etdiyi mal-dövlətdən infaq etsin, Al-lah da) ondan bir neçə qat artığını əta etsin?! (Bəndələrin ru-zisini) məhdud və ya vüsətli edən məhz Allahdır. Sizin hamınız Ona doğru qaytarılacaqsınız (və öz mükafatınızı alacaqsınız).”

 

Bu ayədən etibarən cihad ayələri başlayır. Əvvəldə bu-yurulur: Allah yolunda cihad edin və bilin ki, Allah eşi-dən və biləndir. Sizin sözlərinizi eşidir, fikirlərini-zi bilir və cihad barəsində olan niyyətlərinizdən də agah-dır.

 

AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

 

Nəql olunmuşdur ki, bir gün Peyğəmbəri-əkrəm (s) bu-yurdu: “Hər kəs sədəqə versə onun əvəzini iki qat artıqlaması ilə behiştdə alacaqdır.” Əbuddəhda Ənsari ərz etdi: “Ey Allahın Rəsulu! Mənim iki bağım vardır. Onların birini sədəqə versəm, iki qat artığını behiştdə alacağammı?” Həzrət buyurdu: “Bə-li.” Sonra o, ən yaxşı bağını sədəqə verdi. Bu ayə nazil ola-raq onun sədəqəsinin əvəzinin minlərlə qat artıq olduğunu bildirdi. Bu da “əzafən kəsirə” cümləsinin mənasıdır.

 

TƏFSİR:

 

Bu ayədə buyurulur: Kimdir ki, Allaha gözəl şəkildə borc versin (və Allahın ona bağışladığı mal-dövlətdən cihad yolunda və fəqir-füqəranı himayə etmək üçün infaq etsin) ki, Allah da onun ehsan etdiyini bir neçə qat artır-sın? مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً

 

Buna əsasən, Allaha borc vermək, mal-dövləti cihad yo-lunda xərcləmək deməkdir.

 

Ayənin axırında buyurulur: Allah-taala bəndələrinin ruzisini həm məhdud, həm də vüsətli edir. Sizin hamınız Ona tərəf qaytarılacaqsınız^ وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ

 

Bu ayə xatırladır ki, mal-dövlətinizi Allah yolunda infaq etdiyiniz təqdirdə, onun azalacağını təsəvvür etməyin. Çünki ruzinin artıb-azalması yalnız Allahın əlindədir.

 

NƏ ÜÇÜN AYƏDƏ “BORC” TƏBİRİ GƏTİRİLMİŞDİR?

 

Quranın bir çox ayələrində Allah yolunda infaq edil-məsi “qərz” (Allaha borc vermək) kimi təbir olunur. Bu da bir tərəfdən Allahın bəndələrə qarşı son dərəcə lütf və mər-həmətini, digər tərəfdən isə infaq etməyin əhəmiyyətini çatdırır. İmam Əli (ə) buyurur: “Allah-taala sizdən borc is-təmişdir, halbuki, yerlərin və göylərin xəzinələri Onun ixtiya-rındadır və O, hər bir şeydən ehtiyacsız və tərifə layiqdir. (Bəli, bu iş Allahın ehtiyaclı olması deyildir), əksinə Allah istəyir ki, sizi yoxlayıb hansınızın daha yaxşı əməl sahibi ol-masını aşkar etsin.”[ “Nəhcül-bəlağə”, 183-cü xütbə.]

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this