أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُواْ مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللّهُ مُوتُواْ ثُمَّ أَحْيَاهُمْ إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُونَ (243)

 

TƏRCÜMƏ:

 

“Ölümün qorxusundan öz evlərindən çıxıb qaçanları görmə-dinmi?! Halbuki onların sayı minlərlə idi. (Onlar taun xəstə-liyini bəhanə gətirərək cihadda iştirak etməkdən boyun qaçır-mışdılar.) Allah onlara “Ölün!” – deyə buyurdu, (onlar da məhz bə-hanə gətirdikləri bu xəstəliklə kütləvi surətdə öldülər,) sonra Allah onları diriltdi (və onların başına gələn əhvalatları gələcək nəsillər üçün bir ibrət dərsi qərar verdi). Allah insanla-ra ehsan edir, amma camaatın əksəriyyəti (Onun) şükrünü yerinə yetirmirlər.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Şam şəhərində taun xəstəliyi sürətlə yayıldı və in-sanlar kütləvi şəkildə ölməyə başladılar. Bu zaman böyük bir dəstə ölümdən xilas olmaq üçün o şəhərdən köçdülər. Öz vətənlərindən qaçıb ölümdən xilas olduqdan sonra bir növ qüdrət və istiqlaliyyət əldə etdilər, Allahın iradəsini nə-zərə almadan təbii qüvvələrə arxalandılar və nəticədə if-rat dərəcədə məğrurluq hissi keçirdilər. Allah-taala da on-ları bu çöldə taun xəstəliyi ilə məhv etdi.

 

TƏFSİR:

 

Bu ayə keçmiş qövmlərdən birinin başına gələn qəribə və ibrətamiz əhvalatı qısa şəkildə bəyan edir. Belə ki, yolu-xucu və dəhşətli bir xəstəlik yayıldı və minlərlə insan oradan qaçdı. Ayədə buyurulur: “Ölümün qorxusundan ev-eşiklə-rindən çıxıb qaçanları görmədinmi?! Halbuki, onların sayı minlərlə idi.” أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُواْ مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ

 

Sonra onların işinin sonu barəsində buyurulur: “Al-lah onlara “ölün!” deyə əmr etdi, onlar da şəhərdən bəhanə edib qaçdıqları xəstəliyə yoluxaraq öldülər.” فَقَالَ لَهُمُ اللّهُ مُوتُواَْ

 

Bu əmr, bir növ mübarək “Yasin” surəsinin 82-ci ayəsin-də olan təkvini əmrə bənzəyir. Orada buyurulur: “Allahın əm-ri belədir: bir şeyi yaratmağı iradə etdikdə ona “ol!” deyər, o da dərhal vücuda gələr.” ثُمَّ أَحْيَاهُمْ

 

“Summə əhyahum” (sonra onları diriltdi) cümləsi o in-sanların Həzqil peyğəmbərin duası ilə dirilmələrinə işa-rədir. Onların bir daha dünyaya qayıdışı aşkar ilahi mərhəmət və ibrət, eləcə də həm özlərinin, həm də başqala-rının nəzərindən bir nemət olduğuna görə, ayənin axırında buyurulur: Allah Öz bəndələrinə ehsan edir, lakin camaatın əksəriyyəti Onun şükrünü yerinə yetirmirlər.

 

إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُون

 

Təkcə onlar deyil, bütün insanlar Allahın nemət və mərhəmətindən faydalanır.

 

Məşhur islam alimi mərhum Şeyx Səduq bu ayəyə isti-nadən rəcətin baş verəcəyini isbat edib deyir: Bizim əqidə-mizdən biri də rəcətdir. Biz inanırıq ki, insanlardan bir dəstəsi elə bu dünyada dirilib yenidən həyata qayıdacaqlar. Bu ayə məada və insanların öldükdən sonra Qiyamətdə bir da-ha diriləcəyinə də canlı bir sübut ola bilər.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 

 


more post like this