وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ (241)

 

TƏRCÜMƏ:

 

Bu ayədə təlaqın başqa bir hökmünə işarə olunur:

 

“Təlaq verilmiş qadınlara layiqli hədiyyə vermək lazımdır (bu hədiyyə ərin tərəfindən verilir). Bu, pəhrizkarların öhdəsin-də olan bir haqqdır.”

 

Əvvəldə bəyan olunan 236-cı ayənin şahidliyi ilə bu ayə, əqd bağlanan zaman mehriyyəsi təyin olunmayan və cinsi ya-xınlıqdan əvvəl təlaq verilən qadınlar üçündür.

 

242-Cİ AYƏ.

 

كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ (242)

 

TƏRCÜMƏ:

 

Boşanmağa aid olan axırıncı ayədə buyurulur:

 

“Allah Öz ayələrini sizin üçün belə şərh edir ki, bəlkə də-rindən düşünəsiniz.”

 

Aydındır ki, dərindən düşünməkdən məqsəd, əməl üçün bir müqəddimə olan təfəkkürdür. İlahi hökmlər barəsində sadəcə təfəkkür edib, əməl etməməyin heç bir müsbət nəticə-si olmayacaqdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this