وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِّأَزْوَاجِهِم مَّتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِيَ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ (240)

 

TƏRCÜMƏ:

 

“Sizlərdən ölüm ayağında olan və öz həyat yoldaşlarını qoyub dünyadan gedən şəxslər gərək onlar barəsində vəsiyyət etsinlər ki, (onları) bir il müddətində (həyat və məişət xərclərini ver-məklə) bəhrələndirsinlər. Bu şərtlə ki, onlar (ər evindən) çıx-mamış (və yenidən ailə qurmamış) olsunlar. Əgər (onların öz-ləri) evdən çıxsalar və özləri barəsində layiqli qərara gəlsələr, on-da (məişət xərcləri barəsində heç bir haqları yoxdur) sizə heç bir günah yoxdur. Allah qüdrətli və hikmətlidir.”

 

Ayəni ayrı bir şəkildə də tərcümə etmək olar: Allah, əri ölmüş qadınlara bir illik xərclərin verilməsini töv-siyə edir və bu halda ərin vəsiyyətinə ehtiyac qalmır.

 

TƏFSİR:

 

Bu ayədə bir daha izdivac və təlaq barəsində olan məsə-lələr işıqlandırılır. Əvvəlcə ölüm ayağında olan və öz arvadlarını bu dünyada qoyub gedən kişilər barəsində söz açılır və onlara tövsiyə edilir ki, bir il ərzində öz həyat yoldaşlarının xərclərinin verilməsini və onların evdən çıxarılmamasını vəsiyyət etsinlər. Beləliklə, onlar ər evində qalsınlar və onların həyat və məişət xərcləri tə-min olunsun.

 

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِّأَزْوَاجِهِم مَّتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ

 

Əlbəttə bu, o zaman olmalıdır ki, onların özləri ər evindən çıxıb başqa ərə getməmiş olsunlar. Əgər getsələr, onda mənzil və yaşayış haqqına malik deyillər, amma əgər öz barələrində layiqli bir iş görsələr (məsələn, vəfat iddəsi tamam olduqdan sonra yenidən ərə getsələr) sizin üçün heç bir günahı yoxdur:فَإِنْ خَرَجْنَ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِيَ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ

 

Ayənin axırında belə qadınlara, öz gələcəklərindən nigaran olmamaları üçün təskinlik verilir və buyurulur ki, Allah-taala hər bir işə qadirdir və ərləri ölmüş qa-dınlara müəyyən imtiyazlar verməklə onların bir çox çətin-liklərini aradan qaldıracaq. Əgər onlara müəyyən bir müsi-bət baş veribsə, hökmən onda bir hikmət varmış. Çünki Allah-taala qadir və hikmətlidir: وَاللّهُ عَزِيزٌ حَكِيمٌ

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this