حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى وَقُومُواْ لِلّهِ قَانِتِينَ (238)

TƏRCÜMƏ:

“Bütün namazları, xüsusi ilə orta namazı (zöhr namazını) qılmaqda çalışın və Allaha mütilik və itaət məqsədilə ayağa qalxın.”

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Münafiqlərdən bəziləri havanın qızmar olduğunu bə-hanə gətirərək müsəlmanların cərgəsinə təfriqə salır və camaat namazında iştirak etmirdilər. Bunun ardınca mö-minlərdən də bəzisi camaat namazında iştirak etməkdən çəkinirdilər. Peyğəmbəri-əkrəm (s) bu işdən çox narahat oldu, hətta onları ağır cəzalandırmaqla təhdid etdi. Bir hədisdə nəql olunmuşdur ki, Peyğəmbər (s) son dərəcə qızmar yay havasında zöhr namazını camaatla qılırdı. Bu namaz o həzrətin dostları üçün ən çətin namazlardan sayılırdı. Be-lə ki, camaat namazında bir-iki cərgədən artıq adam olmur-du. Buna görə də Peyğəmbər (s) buyurmuşdu: “Qərara almışam ki, bizim namazımızda iştirak etməyənlərin evlərini yandı-ram.” Bu ayə nazil olub zöhr namazının camaatla qılınması-nın əhəmiyyətini təkid etdi.

TƏFSİR:

İnsanla Allah arasında ən təsirli rabitə vasitəsi sa-yılan namaz, xüsusilə orta namaz olan günorta namazı bir çox Quran ayələrində təkid olunmuşdur. O cümlədən, qeyd olunan ayədə buyurulur ki, bütün namazların, xüsusilə orta namazın qılınmasında ciddiyyət göstərin və onun qorunma-sına çalışın, حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى

Allaha müti olub xüzu, xüşu və tam diqqətlə ayağa qal-xın: وَقُومُواْ لِلّهِ قَانِتِينَ

Havanın isti və ya soyuq olması, müxtəlif çətinliklər, dünya malı, əhli-əyal və övladlar sizi bu mühüm işdən sax-lamasın.

“Əssəlatul-vusta” kəlməsindən məqsəd zöhr namazıdır. Bu namazın daha çox təkid olunmasının səbəbi budur ki, müsəlmanların bəziləri yayın qızmar günlərində namaz qılmaq çətin olduğundan, yaxud ticarət və s. kimi işlərə başları qarışdığından ona az əhəmiyyət verirdilər.

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

more post like this