وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إَلاَّ أَن يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ وَأَن تَعْفُواْ أَقْرَبُ لِلتَّقْوَى وَلاَ تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (237)

 

TƏRCÜMƏ:

 

“Əgər arvadlarınıza mehriyyə təyin etdikdən sonra və cin-si yaxınlıqdan əvvəl təlaq versəniz, (gərək) təyin etdiyiniz meh-riyyənin yarısını onlara verəsiniz. Amma onlar (öz haqlarından) keçərsə və ya (ruhi xəstə və həddi-büluğa çatmamış olanlarda isə) izdivac əqdi əlində olan şəxs (yəni onların qəyyumu) onu bağış-layarsa, eybi yoxdur. Güzəştə getməyiniz (və bütün mehriyyəni on-lara verməyiniz) təqva və pəhrizkarlığa daha yaxındır. Öz aranız-da ehsan va güzəşti unutmayın. Allah bütün işlərinizdən agah-dır.”

 

TƏFSİR:

 

Bu ayədə söhbət mehriyyə təyin edildiyi halda əri ilə cinsi əlaqədə olmadan ayrılan qadınlardan gedir. Quranda buyurulur: Əgər cinsi yaxınlıq etməzdən əvvəl təlaq versəniz və qabaqcadan da mehriyyə təyin etmiş olsanız, mehriyyənin yarısını onlara verməlisiniz.

 

وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ

 

Bu qanun qadına, hətta cinsi yaxınlıq olmadıqda belə, öz mehriyyəsinin yarısını tam şəkildə almaq haqqı verir. Sonra isə bu məsələyə əxlaqi və atifi cəhətdən yanaşaraq bu-yurur ki, həddi-büluğa çatan və normal vəziyyətdə olan qadın-ların özləri, həddi-büluğa çatmayanların və ruhi xəstə-lərin isə qəyyumları bu haqqı bağışlayarsa, onda eybi yoxdur:

 

إَلاَّ أَن يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ

 

Sonrakı cümlədə buyurulur: Əfv edib güzəştə getmək və mehriyyənin hamısını qadına vermək pəhrizkarlığa daha ya-xındır. Öz aranızda güzəşt və yaxşılığı unutmayın. Çünki Allah-taala yerinə yetirdiyiniz əməllərdən agahdır.

 

وَأَن تَعْفُواْ أَقْرَبُ لِلتَّقْوَى وَلاَ تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

 

Bu ayələr bütövlükdə xeyirxahlıq və ehsan məsələlərinə təkid edir. Hətta təlaq və ayrılıq da çəkişmə, dava-dalaş və intiqamçılıq əsasında deyil, alicənablıq, insanlıq, ehsan, əfv və güzəşt əsasında olmalıdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this