لاَّ جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاء مَا لَمْ تَمَسُّوهُنُّ أَوْ تَفْرِضُواْ لَهُنَّ فَرِيضَةً وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدْرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ (236)

 

TƏRCÜMƏ:

 

“Əgər (müəyyən səbəblərə görə) qadınlarınızla cinsi yaxın-lıqdan və mehriyyə təyin etməzdən qabaq təlaq versəniz, sizin üçün heç bir günah yoxdur. (Belə olan təqdirdə) onlara münasib hədiyyə verin. İmkanlı olanlar öz imkan dairəsində, kasıblar isə öz və-ziyyətinə uyğun olan (hədiyyəni alanı və verənin halına münasib olaraq) layiqli hədiyyə versin. Bu, yaxşı əməl sahibləri üçün va-cibdir.”

 

TƏFSİR:

 

Bu ayədə təlaq hökmlərinin davamı olaraq, başqa bir hökm də bəyan olunmuşdur. Əvvəldə buyurulur: Qadınları-nızla cinsi yaxınlıqdan və mehriyyə təyin etməzdən qabaq on-lara təlaq versəniz, sizin üçün heç bir günahı yoxdur.

 

لاَّ جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاء مَا لَمْ تَمَسُّوهُنُّ أَوْ تَفْرِضُواْ لَهُنَّ فَرِيضَةً

 

Əlbəttə bu, qadın və ya kişinin izdivac əqdi oxunduqdan sonra, eləcə də ər-arvad münasibətlərinə başlamazdan əvvəl müəyyən səbəblər üzündən ayrılmağın məsləhət olduğunu başa düşüb bir-birindən ayrıldıqları halda olmalıdır. Çünki sonrakı mərhələlərdə iş daha da çətinləşir.

 

Daha sonra bu barədə başqa bir hökm bəyan edilərək bu-yurulur: Belə halda gərək onlara münasib hədiyyə verəsiniz:

 

وَمَتِّعُوهُنَّ

 

Hədiyyə verilməsində ərin imkan və bacarığının nəzə-rə alınmasına işarə edilərək buyurulur: İmkanı olanlar öz imkanı dairəsində, yoxsullar da öz səviyyələrinə uyğun şə-kildə layiqli hədiyyə verməlidirlər. Bu, ehsan sahibləri üzərində olan bir haqdır.

 

عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدْرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ

 

İmkanlılar öz imkanı daxilində, yoxsullar da öz ba-cardıqları qədər hədiyyə verməlidir. Bu hədiyyə də ailə mü-nasibətlərinin pozulması nəticəsində yarana biləcək inti-qamçılıq hislərinin qarşısını almaq üçün nəzərdə tutul-muşdur. Yuxarıdakı ayə onu ehsan və yaxşı əməl ruhiyyəsi ilə əlaqələndirərək buyurur: Bu əməl ehsan sahiblərinə lazım və zəruri olan bir işdir. Yəni bu iş xeyirxahlıq və qarşı-lıqlı ehtiramla yanaşı olmalıdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this