وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِ مِنْ خِطْبَةِ النِّسَاء أَوْ أَكْنَنتُمْ فِي أَنفُسِكُمْ عَلِمَ اللّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَـكِن لاَّ تُوَاعِدُوهُنَّ سِرًّا إِلاَّ أَن تَقُولُواْ قَوْلاً مَّعْرُوفًا وَلاَ تَعْزِمُواْ عُقْدَةَ النِّكَاحِ حَتَّىَ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ (235)

TƏRCÜMƏ:

“Sizə (əri vəfat etmiş qadınlar üçün) üstü örtülü şə-kildə elçilik etməyinizin, yaxud (izhar etmədən) qəlbinizdə bu iş barəsində qərara gəlməyinizin günahı yoxdur. Allah bilirdi ki, siz onları yad edəcəksiniz (və O, sizin layiqli şəkildə olan təbii istəklərinizlə müxalif deyildir). Onlara, gizli şəkildə evlənmək vədəsi verməyin – yalnız bəyənilmiş tərzdə (üstü örtü-lü şəkildə) izhar edib vədə verin. İddələri axıra çatmayınca on-larla izdivac etməyin. Bilin ki, Allah sizin ürəyinizdə olanları bilir, Onunla müxalifət etməkdən çəkinin və bilin ki, Allah bağışlayan və həlimdir (bəndələrini cəzalandırmaqda heç vaxt tələsmir).”

TƏFSİR:

İDDƏDƏ OLAN QADINLARA ELÇİLİK ETMƏK OLARMI?

Vəfat iddəsində qeyd olunan məsələlərə münasib olaraq bu ayədə iddədə olan qadınların mühüm hökmlərindən biri haqda söhbət açılır. Ayədə buyurulur ki, vəfat iddəsində olan qadınlar üçün üstü örtülü şəkildə elçilik etməyiniz, yaxud ürəyinizdə bu işi qərara almağınız günah deyildir. Allah bilir ki, siz onları yad edirsiniz. Amma onlara, gizlində izdivac vədəsi verməyin – bunu yalnız layiqli tərz-də (və üstü örtülü şəkildə) izhar edin.

وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا .. قَوْلاً مَّعْرُوفًا

Təbiidir ki, ərin ölməsi ilə qadın öz gələcəyini fi-kirləşir və bəzi kişilər də şərtlərin asan olmasına gö-rə dul qadınlarla izdivac fikrində olurlar.

Ayənin davamında buyurulur ki, vəfat iddəsi sona çat-mayınca onlarla nikah əqdi bağlamayın.

وَلاَ تَعْزِمُواْ عُقْدَةَ النِّكَاحِ حَتَّىَ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ

Şübhəsiz, əgər bir kəs iddədə izdivac əqdi oxuyarsa, bu əqd batildir. Əgər bu işin batil olduğunu bildiyi halda əqd oxuyarsa, o qadın həmin kişiyə həmişəlik olaraq haram olur.

Bunun ardınca buyurulur: Bilin ki, Allah sizin qəlblə-rinizdə olanları bilir. Onun əmrləri ilə müxalifət et-məkdən çəkinin və bilin ki, Allah-taala bağışlayan və hə-limdir, günahkar bəndələrini cəzalandırmaqda tələsmir:

وَاعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

more post like this