وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (234)

 

TƏRCÜMƏ:

 

“Sizlərdən bir kəs ölsə və onun həyat yoldaşı qalsa, o, dörd ay on gün gözləməlidir (iddə saxlamalıdır). İddə sona çatdıqda öz-ləri barəsində istədikləri hər hansı layiqli bir iş görmələ-rində (ürəkləri istədikləri başqa bir kişi ilə evlənmələrində) sizin üçün heç bir günah yoxdur. Allah, sizin etdiyiniz əməllər-dən agahdır.”

 

TƏFSİR:

 

QADINLARI BƏDBƏXT EDƏN XURAFİ ADƏTLƏR

 

Qadınların əsas çətinliklərindən biri də ər öləndən sonra onların yenidən ailə qurmaq məsələsidir. Ər öldükdən sonra qadınların dərhal başqa ərə getməsi bir neçə cəhət-dən münasib deyildir: əvvəla, bu işlə o, əvvəlki ərinə ehti-ramsızlıq etmiş olur və onunla olan mehr-məhəbbətinə tam soyuqqanlıq göstərir. İkincisi, bu müddət ərzində onun bət-nində əvvəlki ərindən uşaq olması ehtimalı vardır. Üçün-cüsü, bu işlə ölən şəxsin qohum-əqrəbasının qəlbinə dağ basılır və onların qeyrət hissi təhrik olunur. Buna görə də yuxarıdakı ayədə əri ölən qadınlara dörd ay on gün müddə-tində iddə saxlamaq şərti ilə yenidən ailə qurmağa icazə verilir.

 

Ərlə arvad arasında olan qarşılıqlı ehtiramın, hətta ərin ölümündən sonra qorunması fitri bir məsələ-dir. Bu məqsədlə müxtəlif millət və qəbilələrdə müəyyən qayda-qanunlar vardır. Bəzən bu qayda-qanunlarda ifrata vararaq qadınları əsarət altında saxlayır, bəzən isə onla-rın barəsində ən ağır cinayət tədbirləri görürlər. Nümunə üçün, bunu qeyd edə bilərik ki, bəzi qəbilələrdə ər öldükdən sonra onun arvadını diri-diri yandırır, yaxud əri ilə birlikdə dəfn edirdilər. Bəzi qəbilələrdə əri ölən qadın-lar ikinci dəfə ərə getmə haqqından həmişəlik olaraq məhrum edilir və onu evin bir güncündə saxlayırdılar. Bə-zi qəbilələrdə isə belə qadınlar ərinin qəbrinin yanında uzun müddət çadır qurub çirkli və köhnə paltarlar geyməyə məcbur edilirdilər. Onlar hər növ bəzək və səliqədən, hətta bədənin yuyulmasından belə məhrum edilir və gecə-gündüz ərinin qəbrinin yanında qalırdılar.[ “Təfsiri nümunə”, 2-ci cild, səh.136-dan nəqlən.]

 

Yuxarıdakı ayə bütün bu xurafatları əsassız hesab et-məklə yanaşı, ər-arvad münasibətlərinin qorunması üçün də müəyyən qədər iddə saxlanmasını vacib etmişdir.

 

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا

 

Quranda bir çox yerdə işlənən “təvəffi” kəlməsi “al-maq” mənasındadır. Keçmiş zaman formasında işlənməyən “yəzəru” feli isə “qoyub getmək” mənasındadır. Ayədə buyuru-lur ki, öz ərlərini itirən qadınlar dörd ay on gün iddə sax-lamalı və bu müddət ərzində ərə getməməlidirlər.

 

فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ

 

“Buluğul-əcəl” fürsət və müddətin sona çatması demək-dir. Bu ayədə buyurulur ki, bu müddət keçəndən sonra qadınlar istədiyi kişi ilə ailə qura bilərlər.

 

Qadının qəyyumları bəzən xurafat və mövhumatçı tə-fəkkür əsasında onun ikinci dəfə ərə getməyinə mane oldu-ğundan, ayə onlara xitab edərək buyurur ki, bu barədə siz heç bir cavabdehlik daşımırsınız. Qadınların istədiyi şəxs-lərlə ailə qurmasına mane olmayın: وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

 

Qadının qəyyumları onun işinə yersiz müdaxilə etmə-məlidir. Pərvərdigari-aləm hər şeydən xəbərdardır və hər kəsə, gördüyü yaxşı və ya pis əməlin əvəzini verəcəkdir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 

 


more post like this