وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلاَدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ وَعلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لاَ تُكَلَّفُ نَفْسٌ إِلاَّ وُسْعَهَا لاَ تُضَآرَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلاَ مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ فَإِنْ أَرَادَا فِصَالاً عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلاَ جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُواْ أَوْلاَدَكُمْ فَلاَ جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ آتَيْتُم بِالْمَعْرُوفِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (233)

 

TƏRCÜMƏ:

 

“Analar öz övladlarına iki il tamam süd verməlidir. (Bu hökm) o kəslər üçündür ki, südəmərlik dövrünü təkmil etmək is-təsinlər. Və övladın məxsus olduğu şəxsə (yəni ataya) ananın ye-mək və geyimini (südəmərlik dövründə, hətta bu müddətdə təlaq almış olsa belə) layiqli şəkildə təmin etmək vacibdir. Heç kəs qüdrət və bacarığından artıq iş görməyə vəzifəli deyildir. Nə ananın (uşağın atası ilə olan ixtilafı səbəbilə) uşağa zərər vurmağa haqqı vardır, nə də atanın. (Uşağın atası vəfat edərsə, bu halda) onun varisləri bu işi yerinə yetirməlidir (və ananın südvermə dövründəki ehtiyac və xərclərini təmin etməlidir). Əgər uşağın atası və anası bir-birinin razılıq və məşvərəti ilə uşağı (qeyd olunan müddətdən daha tez) süddən ayırmaq istəsə-lər, onlar üçün heç bir günah yoxdur. Əgər (imkansızlıq üzündən və ya ananın razılığı olmadığı təqdirdə) övlada süd verilməsi üçün dayə tutmaq istəsəniz, sizə heç bir günahı yoxdur. Bu şərt-lə ki, ananın keçmiş haqlarını layiqli şəkildə verəsiniz. Al-lahdan (Onun əmr və fərmanları ilə müxalifət etməkdən) qorxun və bilin ki, Allah sizin gördüyünüz işlərdən agahdır.”

 

TƏFSİR:

 

“Validə” kəlməsi lüğətdə ana mənasını ifadə edir. “Ümm” kəlməsi isə daha geniş mənaya malik olub bəzən ana-ya, bəzən nənəyə, bəzən isə hər bir şeyin kökünə deyilir.

 

Quran bu ayədə körpələrə südvermə barəsində müxtəlif göstərişləri, habelə ana, övlad və atanın bu məsələ ilə əla-qədar malik olduqları müxtəlif hüquqlardan söhbət açır. Ümumiyyətlə burada yeddi göstəriş bəyan edilmişdir.

 

KÖRPƏLƏRƏ SÜD VERİLMƏSİ BARƏSİNDƏ YEDDİ GÖSTƏRİŞ

 

1-Ana, iki il kamil şəkildə körpəyə süd verməlidir. Bu müddət ərzində körpəyə süd verib saxlamaq ananın vəzifə-sidir. Səğir (körpə) uşaqların qəyyumu ata olmasına baxma-yaraq, bu müddət ərzində körpənin ruhi və cismi qidalan-ması ananın südü, nəvazişi, qayğı və nəvazişləri ilə qı-rılmaz surətdə əlaqəli olduğundan, onun saxlanması da ana-nın öhdəsinə qoyulmuşdur. Digər tərəfdən də, onun analıq hisslərinə hörmət qoyulmalıdır. Çünki o, belə həssas an-larda öz ağuşunu balasız görüb ona etinasız qala bilməz. Körpənin saxlanması və ona süd verilməsi ikicəhətli bir haqq olduğundan, həm övladın, həm də ananın vəziyyəti nəzərə alınmalıdır: وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلاَدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ

 

2-Südvermə müddətinin hökmən iki il olması vacib deyildir: iki il o şəxslər üçündür ki, onlar südəmərlik dövrünü kamil şəkildə başa vurmaq istəyirlər. Amma vali-deynlər körpənin vəziyyətini nəzərə alıb onun sağlamlığına riayət edərək bu müddəti azalda bilərlər. لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ

 

Əhli-beyt (ə)-dan nəql olunan hədislərdə südəmərliyin kamil olan dövrü iki il, kamil olmayan dövrü isə iyirmi bir ay qeyd olunmuşdur. Bəlkə də bu məsələ “Əhqaf” surəsi-nin 15-ci ayəsinin yuxarıda qeyd olunan ayəyə əlavə olunması ilə məlum olur. Çünki həmin ayədə buyurulur ki, hamiləlik və südvermə dövrü otuz aydır: وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا

 

Bildiyimiz kimi hamiləlik dövrü, adətən doqquz ay olur. Buna əsasən yerdə qalan iyirmi bir ay adi südvermə müd-dəti hesab olunacaqdır.

 

“Əhqaf” surəsində bu məsələ zəruri və vacib şəkildə qeyd olunmadığından, anaya, körpənin sağlamlığını nəzərə alaraq südəmərlik dövrünü 21 aydan da azaltmaq haqqı veri-lir.

 

3-Südəmərlik dövründə ananın yemək və geyim xərcləri, hətta əgər təlaq almış olsa da belə, uşağın atasının öhdə-sinə qoyulur ki, ana bu müddətdə tam xatircəmlik və asudə-liklə övladına süd verə bilsin: وَعلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ

 

Ayədə “ata” deyil, “əl-movludu ləhu” (o kəs ki, övlad ona məx-susdur) ifadəsinin gətirilməsi diqqəti cəlb edir. Bu ifadə bəlkə də ona görə gətirilmişdir ki, ataların övlad qarşı-sındakı vəzifələrini yerinə yetirməkdə atifə və atalıq duyğularını daha çox təhrik etsin. Başqa sözlə desək, südə-mərlik dövründə körpə və onun anasının xərclərinin ata-nın öhdəsinə qoyulmasının səbəbi, övladın başqa şəxslə-rin deyil, məhz onun qəlbinin meyvəsi olmasıdır.

 

“Məruf” qeydinin gətirilməsi də bunu çatdırır ki, ananın yemək və geyim ehtiyacları layiqli və camaat arasında adət olan şəkildə təmin olunmalıdır. Bu barədə nə həd-dindən artıq tələbkarlıq, nə də israfçılıq caiz deyildir.

 

Sonra, yarana biləcək anlaşılmazlıqların aradan qal-dırılması üçün daha artıq izahat verilir və buyurulur ki, hər ata öz imkan və qüdrəti dairəsində vəzifəlidir. Çünki Allah-taala heç kəsi, qüdrət, bacarıq və imkan dairəsindən xaric olan şeylərə vəzifəli etməmişdir. لاَ تُكَلَّفُ نَفْسٌ إِلاَّ وُسْعَهَا

 

4-Ata-ana öz aralarında mənasız ixtilaf və ya dava-da-laş səbəbi ilə övladı bədbəxt edib onun ruhuna və cis-minə ağır zərbələr vura bilməzlər: لاَ تُضَآرَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلاَ مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ

 

Kişilərin vəzifəsi budur ki, (südəmərlik dövründə) uşağı saxlamaq haqqını onun anasına versin və körpəni on-dan almaqla bu haqqı aradan aparmasın. Onlara bu kimi haqq verilməsi ilə yanaşı, analar da ondan sui-istifadə etmə-məli, müxtəlif yanlış və xurafi bəhanələrlə süd verməyin qarşısını almamalı, habelə kişinin öz övladının görməsinə mane olmamalıdırlar.

 

5-Ata ölərsə onun vərəsələri bu vəzifəni yerinə yetirə-rək (südəmərlik dövründə) körpənin anasının maddi ehti-yaclarını təmin etməlidir وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ

 

6-Uşağın süddən ayrılması ata-anaya həvalə edilir. Əvvəlki cümlələrdə uşağın südəmərlik dövrü dəqiq şəkil-də təyin olunmasına baxmayaraq, ata və ana uşağın fiziki və-ziyyətini nəzərə alaraq, məsləhət gördükləri münasib vaxtda (bir-biri ilə razılaşaraq) uşağı süddən ayıra bilərlər:

 

فَإِنْ أَرَادَا فِصَالاً عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلاَ جُنَاحَ عَلَيْهِمَا

 

Ata və ananın razılıq və məşvərət əsasında uşağı süd-dən ayırmasının heç bir maneəsi yoxdur.

 

Ana körpəyə süd verməkdə məcbur deyildir və istədiyi vaxt ona süd verməkdən imtina edə bilər. Buna baxmayaraq da-ha yaxşı olar ki, uşağın lazımi qədər inkişaf etməsi üçün bəzi işlərdə güzəştə getsin və həyat yoldaşı ilə məşvərət etməyi və qarşılıqlı razılığı hər şeydən üstün tutsun. Belə ki, ayədə qarşılıqlı razılaşma mənasına olan “tərazi” və məşvərət etmək mənasına olan “təşavür” kəlmə-lərinin mənası əməli olaraq həyata keçirilsin.

 

7-Uşağı saxlamaq və ona süd vermək haqqını anadan heç bir vəchlə almaq olmaz. Amma əgər ananın özü bu işdən im-tina edərsə, yaxud onun üçün müəyyən maneələr yaranarsa, onda eybi yoxdur. Bu halda buyurulur:

 

لاَ جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُواْ أَوْلاَدَكُمْ فَلاَ جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ آتَيْتُم بِالْمَعْرُوفِ

 

Yəni bu halda uşağı saxlamaq və ona süd verməyi müna-sib bir dayəyə həvalə edə bilərsiniz. Yaxud təkcə süd verməyi onun öhdəsinə qoya bilərsiniz ki, körpənin anasına kömək etmiş olsun. “İza səlləmtum ma atəytum bil-məruf” cümlə-sinin mənası budur ki, körpəyə süd vermək üçün ananın yerinə başqa bir şəxsin təyin olunması uşağın ata-anası-nın razılıq və məşvərəti əsasında olarsa, bu işin heç bir eybi yoxdur. Bu şərtlə ki, bu iş ananın süd verdiyi müddət-dəki haqqının aradan getməsinə səbəb olmasın və bu haqq camaat arasında mövcud olan qayda-qanunlara əsasən verilsin:

 

وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

 

Qadınla kişi arasındakı münasib olmayan rəftar və söz-söhbətlər bəzən onlarda intiqamçılıq hissi yaradır. Nəticədə valideynlərdən hər hansı birinin, yaxud uşağın taleyi təhlükə ilə qarşılaşdığından, onların hər biri digərinin barəsində müəyyən tədbirlərə əl atmaq fikrinə düşə bilər. Buna görə də bu hökmün axırında buyurulur: “Allahdan qorxub təqvalı olun və bilin ki, Allah sizin əməllə-rinizi görür.”

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this