وَإِذَا طَلَّقْتُمُ النِّسَاء فَبَلَغْنَ أَجَلَهُنَّ فَلاَ تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْاْ بَيْنَهُم بِالْمَعْرُوفِ ذَلِكَ يُوعَظُ بِهِ مَن كَانَ مِنكُمْ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكُمْ أَزْكَى لَكُمْ وَأَطْهَرُ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ (232)

 

TƏRCÜMƏ:

 

“Qadınlarınıza təlaq verdiyiniz zaman iddələri sona çat-dıqda əvvəlki ərləri ilə izdivac etmələrinə – əgər aralarında mü-nasib razılıq olarsa – mane olmayın. Bu elə bir göstərişdir ki, yalnız Allaha və Qiyamət gününə imanlı olan şəxslər ondan ib-rət alırlar (və ona əməl edirlər). (Bu göstərişlər) sizin ailələ-rinizin inkişafı üçün daha təsirli, aludəlikləri yumaq üçün daha faydalıdır. Allah bilir, siz isə bilmirsiniz.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Peyğəmbər səhabələrindən biri olan Məqəl ibni Yəsar, öz bacısı Cəmlanın əvvəlki əri ilə yenidən izdivac etməsi-nə qarşı çıxmışdı. Cəmlanın əvvəlki əri Asim ibni Üdeyy ona təlaq vermişdi. Hər ikisi iddə tamam olduqdan sonra ye-nidən evlənmək istəyirdi. Yuxarıdakı ayə nazil olaraq onu belə bir izdivaca qarşı çıxmaqdan çəkindirdi.

 

Bu ayənin, Cabir ibni Əbdüllahın öz əmisi qızının əvvəlki əri ilə yenidən izdivac etməsinə müxalifət etdiyi zaman nazil olması da qeyd edilmişdir. Bəlkə də cahiliyyət dövründə qadının yaxın adamlarına belə bir haqq verilir-di.

 

Şiə fiqhində qardaşın bacı, eləcə də əmi oğlunun əmi qızı üzərində heç bir qəyyumluq haqqı yoxdur. Amma təf-sirdə görəcəyiniz kimi, bu ayə qəyyum və qeyri-qəyyum barəsində ümumi bir hökm verərək bəyan edir ki, ata, ana, əmi oğlu və sair şəxslərin belə bir izdivacla müxalifət etməyə haqqı yoxdur.

 

TƏFSİR:

 

DİGƏR BİR YANLIŞ ADƏTİN LƏĞV EDİLMƏSİ

 

Əvvəldə qeyd olunduğu kimi, bir zaman qadınlar cahi-liyyət dövrünün dözülməz adət-ənələri və kişilərin kəskin zülmlərinə məruz qalırdılar. Onların arzu və istəklərinə məhəl qoyulmur, azğın kişilərin iradə və meyllərinə qeyd-siz-şərtsiz tabe olmaları tələb olunurdu.

 

Bu acınacaqlı vəziyyətin bariz nümunələrindən biri də həyat yoldaşı seçmək idi: qadınların arzu və istəkləri bu işdə heç bir rol oynamırdı. Hətta qadın rəsmi şəkildə ərə gedib boşansaydı, onun ikinci dəfə ərə getməsi və ya əvvəlki əri ilə barışaraq yenidən evlənməsi də onun qəyyumlarından asılı idi. Bəzən bir-birindən ayrılmış ər-arvadın yeni-dən öz ailə həyatlarını davam etdirmək istəklərinə baxma-yaraq, onların qəyyumları öz şəxsi mənfəətləri naminə, ya-xud xurafi əqidələr səbəbilə bu işə mane olurdular.

 

Quran bu adəti aşkar şəkildə məhkum edərək buyurur ki, qadının qəyyumlarının və sair şəxslərin belə bir hüqu-qu yoxdur. Çünki izdivacın iki əsas tərəfini təşkil edən qadın və kişi ayrıldıqdan sonra bir-biri ilə razılaşıb yenidən izdivac etmək qərarına gələrsə, başqalarının bu işə müxalifət və ya müdaxilə etməsinin heç bir əsası yoxdur.

 

Yuxarıdakı ayədən məlum olur ki, birinci dəfə ərə ge-dib boşanan qadınlar yenidən ərə getmək istəsələr, qəyyumla-rının razılığı şərt deyildir və onların müxalifət etmə-sinin heç bir təsiri yoxdur. Amma bu ayə bakirə qızların ərə getməsində qəyyumlarının icazəsinin lazım olması ba-rəsində heç bir şey demir. (Bu məsələ fiqhi kitablarda şərh olunmuşdur.)

 

Ayənin sonunda buyurulur: Sizin xeyrinizə bəyan olunan bu hökmlər Allaha və Qiyamət gününə imanlı olan şəxslərə təsir qoyur. Həmçinin göstərir ki, insan Allahpərəstlik sayəsində özünə pərəstişdən xilas olmayınca, heç vaxt öz şəxsi meyllərini nəzarət altına alıb azğınlıqdan xilas ola bilməz: “(Bu göstərişlər) sizin ailələrinizin inkişafı üçün daha təsirli, aludəlikləri yumaq üçün daha faydalıdır.”

 

 

 

 

Bu cümlə göstərir ki, hökmlərə əməl etməyin müsbət nə-ticəsi insanın özünə qayıdır. Amma ola bilsin ki, onlar məlumatsızlıq ucbatından hökmlərin səbəb və fəlsəfəsin-dən agah olmasınlar. Bütün sirlərdən agah olan Allah bu göstərişləri məhz sizin mənafeyinizin qorunması, ailələ-rin pak-pakizə olması üçün vermişdir.

 

Diqqət yetirilməlidir ki, bu cümlədə həmin göstəriş-lərə əməl olunması həm təzkiyə (ruhun saflaşdırılması), həm də təharət (paklıq) səbəbi kimi təqdim edilmişdir. Bu-nun da mənası budur ki, bu göstərişlərə əməl olunması həm ailələrdə səhvən baş verən anlaşılmamazlığı aradan qal-dırır, həm onları paklaşıdırır, həm də inkişaf, təka-mül, xeyir-bərəkət yolunu onların üzünə açır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this