وَإِذَا طَلَّقْتُمُ النَّسَاء فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ وَلاَ تُمْسِكُوهُنَّ ضِرَارًا لَّتَعْتَدُواْ وَمَن يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ وَلاَ تَتَّخِذُوَاْ آيَاتِ اللّهِ هُزُوًا وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُمْ مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (231)

 

TƏRCÜMƏ:

 

“Öz qadınlarınıza təlaq verdiyiniz zaman iddələri sona ça-tarkən onları ya lazımi şəkildə saxlayın (və barışın), ya da la-yiqli şəkildə yola salın. Heç vaxt (onlara) ziyan vermək və hüquq-larını tapdalamaq məqsədi ilə barışmayın. Əgər bir kəs belə edərsə, özünə zülm etmişdir. Və (bu əməllə və qanunlardan sui-is-tifadə etməklə) Allahın ayələrinə istehza etməyin. Allahın sizə verdiyi nemətləri, səmavi kitabı və sizə nazil etdiyi elmi xatırlayın ki, onlarla sizə nəsihət verir. Allah qarşısında təqvalı olun və bilin ki, Allah hər şeydən (ilahi qanunlardan sui-istifadə edənlərin niyyətindən) agahdır.”

 

TƏFSİR:

 

Keçən ayələrin davamında bu ayə islamın təlaq barəsin-də qoyduğu qanunlardakı məhdudiyyəti bəyan edərək buyurur ki, qadın hüquqlarının tapdalanmasının və ona qarşı hörmət-sizlik edilməsinin qarşısı alınmalıdır. فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ

 

Ayədə buyurulur ki, iddə müddəti axıra çatmayınca (hət-ta axırıncı gün olsa belə), kişinin öz həyat yoldaşı ilə barışaraq səmimi həyat sürməyə və ya şəraiti münasib gör-mədikdə boşamağa fürsəti vardır: أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ

 

Amma o, diqqət yetirməlidir ki, qayıtmaq və ya ayrılma-ğın hər biri xoş niyyət və yaxşılıqla yanaşı, eyni zamanda intiqamçılıq hissindən uzaq olmalıdır.

 

وَلاَ تُمْسِكُوهُنَّ ضِرَارًا لَّتَعْتَدُواْ وَمَن يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ

 

Bu cümlə “məruf” kəlməsini təfsir edir. Yəni qayıt-maq səfa-səmimiyyət əsasında olmalıdır. Cahiliyyət dövrün-də təlaq verib sonra qayıtmaq intiqamçılıq məqsədi güddü-yündən, ayədə qətiyyətlə buyurulur: Qadının saxlanması ər-ar-vad münasibətləri çərçivəsində olmalı, ona əzab-əziyyət ve-rilməsi və ya haqqının tapdalanması məqsədi güdməməli-dir. Əks halda bu iş, ona zülm olmaqla yanaşı, həm də insa-nın özünə etdiyi zülm sayılır. Səbəbi də, haqqın tapdalan-ması əsasında olan qayıtmağın heç bir asayiş və aramlıq gə-tirməməsidir. Quran nəzərindən qadın və kişi xilqətin ayrılmaz hissələri olduğundan, qadın hüquqlarının tapda-lanması insanın bir növ özünə etdiyi zülmdür.

 

Başqasına zülm edən şəxs həqiqətdə özünü ilahi cəzaya layiq edir və özünə zülm etmiş olur.

 

İLAHİ QANUNLARI MƏSXƏRƏ ETMƏYİN!

 

وَلاَ تَتَّخِذُوَاْ آيَاتِ اللّهِ هُزُوًا وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُمْ مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ

 

“Hüzüv” kəlməsi “məsxərə etmək” mənasındadır. Adətən, bəzi şəxslər minlərlə çirkin iş və yaramaz əməllərə qur-şanır, amma vicdan əzabından qurtarmaq və ilahi cəzalar-dan qaçmaq üçün müəyyən hiylələrə, fırıldaqlara əl ataraq əməllərinə bəraət qazandırır, ilahi hökm və ayələrin zahi-rinə istinad edirlər. Quran da bu üslubu ilahi qanun və ayə-lərin istehza olunması hesab edir. Qeyd etmək lazımdır ki, bu cür yanlış və azğın fikirlərin qarşısını almaq üçün çoxlu hökmlər mövcuddur. Onlardan biri də təlaqdır. Ki-şiyə qayıtmaq haqqı verilməsinin səbəbi izdivacı mümkün qədər möhkəmləndirməkdir. Amma bəziləri bundan sui-is-tifadə edərək qadına əzab-əziyyət vermək, ondan intiqam al-maq istəyirlər. Qanuna əməl etmək adı altında öz zülmkarlıq əməllərini və əsl simalarını gizlədirlər. Bu da Quran və onun qanunlarının istehza edilməsidir.

 

Yuxarıdakı ayədə buyurulur: Allahın ayələrini ələ sal-mayın və sizin səadətiniz üçün gələn bu böyük ayini və ilahi nemət olan asimani kitabı yad edin.

 

Dünyanın sabit nizamından qaynaqlanan dini qanunlar məcmuəsi insanların həqiqi məsləhətlərini nəzərə almaq məqsədi ilə verilmişdir. Buna görə də məsləhətləri bəha-nə etmək və hökmlərin zahirinə əl atmaqla ruhsuz qəliblər düzəltməyin, əks halda həm sizin mənafeyiniz xətərə düşər, həm də ilahi ayələri məsxərə etmiş olarsınız:

 

وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

 

Ayənin axırında qadın hüququnu müdafiə etmək və ila-hi hökmlərdən sui-istifadə edilməsinin qarşısını almaq üçün xatırladılır ki, Allah qarşısında təqvalı olun və bilin ki, O, sizin bütün işlərinizdən, eləcə də dünyanın bütün sirlərindən agahdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this