فَإِن طَلَّقَهَا فَلاَ تَحِلُّ لَهُ مِن بَعْدُ حَتَّىَ تَنكِحَ زَوْجًا غَيْرَهُ فَإِن طَلَّقَهَا فَلاَ جُنَاحَ عَلَيْهِمَا أَن يَتَرَاجَعَا إِن ظَنَّا أَن يُقِيمَا حُدُودَ اللّهِ وَتِلْكَ حُدُودُ اللّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ (230)

 

TƏRCÜMƏ:

 

“Əgər (kişi öz arvadına iki dəfə təlaq verib, hər dəfə də qa-yıtdıqdan sonra bir daha ona) təlaq versə, ondan sonra qadın ona halal olmayacaqdır. Amma əgər (həmin qadın) başqa ərə gedərsə (və ikinci əri də onunla cinsi yaxınlıq edərsə, bu halda) ikinci əri ona təlaq versə, (yalnız bundan sonra) qayıtmasının (və qadının əvvəlki əri ilə yenidən izdivac etməsinin) heç bir günahı yoxdur. Bu şərtlə ki, onlar ilahi hüdudları möhtərəm sayacaqlarına ümidvar olsunlar. Bunlar ilahi hədd-hüdudlardır ki, (Allah) onu hər bir agah şəxs üçün bəyan edir.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Bir qadın Peyğəmbəri-əkrəm (s)-in hüzuruna gəlib dedi: “Mən əmim oğlu Rəfaənin həyat yoldaşı idim. O mənə üç də-fə təlaq verdi. Mən ondan ayrıldıqdan sonra Əbdürrəhman adlı bir kişi ilə ailə qurdum. Təsadüfən o da mənə təlaq verdi. Amma bu müddət ərzində mənimlə yaxınlıq etməmiş-di. İndi mən yenidən əvvəlki ərimlə ailə qura bilərəmmi?”

 

Həzrət mənfi cavab verərək buyurdu: “Birinci ərinlə ailə qurmağın o vaxt düzgün olar ki, ikinci ərinlə cinsi ya-xınlıq etmiş olasan.” Sonra bu ayə nazil oldu.

 

TƏFSİR:

 

Əvvəlki ayədə qısa şəkildə bəyan olundu ki, ikinci tə-laqdan sonra qadınla kişi ya mehribanlıq və barışıq yolu-nu seçməli, ya da həmişəlik olaraq bir-birindən ayrılma-lıdırlar. Bu ayə də bir növ onu təkmil edərək buyurur ki, ay-rılmağa dair verilən hökm həmişəlikdir. Amma əgər qa-dın başqa ərə gedib onunla yaxınlıq etdikdən sonra təlaq alsa, yalnız bu halda birinci əri ilə yenidən ailə qura bi-lər. Bu şərtlə ki, mehribanlıq və səfa-səmimiyyətdə yaşaya-caqlarına ümidləri olsun və Allahın təyin etdiyi hədd-hü-dudu möhtərəm saysınlar. Bu halda onların yenidən ailə qur-masının heç bir maneəsi yoxdur.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Kişilər onlara verilən ixtiyarlardan sui-istifadə etməməli və bilməlidirlər ki, mütləq şəkildə azad və tam ixtiyar sahibi deyillər. İmam Riza (ə)-dan belə bir rəvayət

 

 

nəql olunmuşdur: “Təlaqı yüngül saymayın və öz qadınlarınıza zərər yetirməyin.”[ “Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh.502.]

 

2- Allahın müəyyən etdiyi hikmət və sirlərin həqiqəti-ni hamı bilmədiyi üçün, bəlkə də bu göstərişlər bəziləri-nə qəribə görünə bilər. Amma bu qanunların sirləri bəzi agah şəxslərə tam aydındır. Adi camaat əmr və göstərişlə-rin zahirini, agah insanlar isə onun əsl mənasını dərk edirlər: لِقَوْمٍ يَعْلَمُونَ

 

3- Müsəlmanlar bilməlidir ki, Allahın hədd-hüdud-ları təkcə namaz, zəkat, həcc, cihad və sair ilə bitmir, ailə məsələlərinə riayət edilməsi də ilahi hədd-hüdudlardan sayılır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this