الطَّلاَقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ وَلاَ يَحِلُّ لَكُمْ أَن تَأْخُذُواْ مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلاَّ أَن يَخَافَا أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَإِنْ خِفْتُمْ أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَلاَ جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَعْتَدُوهَا وَمَن يَتَعَدَّ حُدُودَ اللّهِ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ (229)

 

TƏRCÜMƏ:

 

“(Qayıtmaq hüququ olan) təlaq iki dəfədir: (və hər iki dəfədə də) ya layiqli şəkildə öz həyat yoldaşını saxlamalı (və barışıq etməli), yaxud onu yaxşı tərzdə yola salmalıdır (və ondan ayrıl-malıdır). Sizin üçün qadınlarınıza verdiyiniz şeyi (mehriyyə-ni) geri almağınız halal deyildir. Amma əgər siz (ər-arvad) ilahi hədd-hüdudların riayət olunmayacağından qorxsanız, qadının fidyə verməklə azad olmasının (və təlaq almasının) heç bir eybi yoxdur. Bunlar ilahi hədd-hüdudlardır, onu aşmayın. Hər kəs o hədd-hüduddan keçsə, zalımlardandır.”

 

TƏFSİR:

 

Bir qadın Peyğəmbər (s)-in zövcələrindən birinin yanı-na gəlib ərindən şikayət edərək dedi: Ərim mənə zərər və ziyana salmaq üçün vaxtaşırı təlaq verib sonra qayıdır.

 

Cahiliyyət dövründə kişinin öz həyat yoldaşına, hətta min dəfə olsun belə, təlaq verib sonradan qayıtmağa haqqı var idi və bu işdə heç bir məhdudiyyət yox idi. Bu şikayət Peyğəmbərə çatdırılan zaman yuxarıdakı ayə nazil oldu və üç dəfədən artıq təlaq vermək qadağan edildi.

 

Əvvəlki ayədə qeyd olundu ki, iddə və rücu (qayıtmaq) qanu-nu ailənin islah olunması və boşanma hallarının qarşı-sını almaq üçündür. Amma islamı təzə qəbul edən bəzi şəxslər cahiliyyət dövrünün adətlərinə əsasən, həmin hökm-dən sui-istifadə edir, öz arvadlarına təzyiq göstərmək üçün onlara vaxtaşırı təlaq verir və sonradan barışırdılar. Həmin ayə nazil olduqdan sonra bu çirkin və yaramaz əməl qa-dağan edildi.

 

Ayədə buyurulur ki, qayıtmaq haqqı olan təlaq iki dəfə-dir və bu da ayrı-ayrı yerlərdə və ayrı-ayrı adamların işti-rakı ilə baş verməlidir.

 

Sonra buyurulur: Bu iki dəfədən hər birində kişi öz həyat yoldaşını ya layiqli surətdə saxlayaraq onunla barış-malı, ya da onu gözəl şəkildə yola salaraq birdəfəlik ayrıl-malıdır: فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ

 

Buna əsasən, üçüncü dəfə təlaq verdikdən sonra kişi-nin qayıtmaq haqqı yoxdur. Yəni iki dəfə təlaq verib son-radan barışarsa, üçüncü dəfə bu iş birdəfəlik sona yetir.

 

“Yaxşı və gözəl şəkildə ayrılmaq”dan məqsəd budur ki, ki-şi o qadının bütün hüquqlarını təmin etməli, ayrılıqdan sonra onun arxasınca nalayiq, münasib olmayan sözlər da-nışmamalı, həmçinin camaatda ona qarşı bədbinlik yarat-mamalıdır ki, o, yenidən ərə gedə bilsin. Buna əsasən, ayrı-lıq da ehsan, xoş məram və hüsnü-niyyətlə yanaşı olmalı-dır.

 

Ayənin davamında buyurulur: “Sizin üçün onlara verdiyi-nizdən (mehriyyədən) bir şey almağınız halal deyildir.”

 

وَلاَ يَحِلُّ لَكُمْ أَن تَأْخُذُواْ مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا

 

Buna əsasən kişi, ayrılan zaman arvadına mehriyyə kimi verdiyi şeyləri geri ala bilməz.

 

Ayənin davamında “xül” təlaqına işarə edilərək buyu-rulur ki, yalnız bir halda mehriyyənin geri alınmasının eybi yoxdur: o da qadının öz əri ilə yaşamağa razı olmadığı, ərin də ailə münasibətlərinin davam etdiriləcəyi təqdirdə Allahın təyin etdiyi qanunlara riayət olunmayacağından qorxduğu haldır. إِلاَّ أَن يَخَافَا أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ

 

Sonra buyurulur: Əgər ilahi hədd-hüduda riayət olun-mayacağından qorxsanız, onda arvadın fidyə verib təlaq al-masının heç bir günahı yoxdur.

 

فَإِنْ خِفْتُمْ أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَلاَ جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ

 

Burada ayrılığın səbəbkarı qadın olduğu üçün bu işin cəriməsini də məhz o verməli, sonradan istədiyi kişi ilə ailə qurmalıdır ki, əvvəlki əri də onun qaytardığı mehriyyə ilə yenidən evlənə bilsin.

 

Axırda bu ayədə bəyan olunan bütün hökmlər nəzərdə tu-tularaq buyurulur: Bunlar Allah-taalanın təyin etdiyi hədd-hüdudlardır, bu həddi aşmayın. Hədd-hüdudu aşanlar yal-nız zülmkarlardır.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Təlaqın sayı izdivacın sayı əsasındadır. Yəni hər təlaqdan əvvəl bir izdivac olmalıdır. Bir kəs eyni bir vaxtda “mən üç təlaq verdim” deyərsə, həqiqətdə bir təlaq ver-miş olur. Çünki bu təlaq yalnız bir izdivacın hökmünü aradan aparır.[ Bəziləri elə fikirləşirlər ki, ardıcıl olaraq (bir yığıncaqda) üç dəfə təlaq verməklə qadın ömürlük olaraq öz ərinə haram olur. Halbuki, belə deyildir, belə bir hökmün yaranması üçün hər təlaqdan sonra yenidən bir dəfə əqd oxunmalı və izdvac həyata keçməlidir.] Buna görə də Əhli-beyt (ə)-ın fiqhinə əsa-sən, təlaq bir neçə mərhələdə baş verməli və hər təlaqdan əvvəl də bir izdivac olmalıdır. Bu məsələnin, bir çox ayələ-rin zahiri mənasından düşünülməsindən əlavə, məsləhətə də tam uyğundur. Belə ki, ailə münasibətlərinin bir yığın-caqda və sadəcə bir qərarla həmişəlik pozulması əsla məs-ləhətə uyğun deyildir.

 

2- Kişi ailənin məişət xərclərini, qadın isə onun cinsi ehtiyaclarını təmin etməlidir. Bu, Allah-taalanın təyin etdiyi hədd-hüduddur.

 

3- Qanunu pozanlar zalımdırlar:

 

وَمَن يَتَعَدَّ حُدُودَ اللّهِ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this