وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوَءٍ وَلاَ يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ اللّهُ فِي أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُواْ إِصْلاَحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللّهُ عَزِيزٌ حَكُيمٌ (228)

 

TƏRCÜMƏ:

 

“Təlaq verilmiş qadınlar üç paklıq müddətinə qədər gözlə-sinlər (və təlaqdan sonra üç dəfə heyz olub ondan təmizlənənə qədər iddə saxlasınlar və başqa ərə getməsinlər). Əgər Allaha və Qiya-mət gününə imanları varsa, Allahın onların bətnində yaratdı-ğını gizlətmələri halal deyildir. (Doğuş vaxtına qədər gözləmə-lidirlər.) Və bu müddət ərzində öz ərləri onlara qayıtmaqda (və ər-arvadlıq münasibətlərini yenidən bərqərar etməkdə) başqaların-dan daha irəlidirlər, əgər (doğrudan da) islah etmək istəyirlərsə; qadınlar üçün öhdələrinə qoyulan vəzifələr kimi, layiqli hüquqlar qərar verilmişdir. Kişilərin onlardan müəyyən üstünlükləri vardır və Allah qüdrətli və hikmətlidir.”

 

TƏFSİR:

 

Əvvəlki ayədə söhbət təlaqdan gedirdi. Bu ayədə isə tə-laqla əlaqədar olan beş hökm bəyan olunmuşdur. Əvvəlcə id-də barəsində belə buyurulur: “Təlaq verilmiş qadınlar üç dəfə pak oluncaya qədər gözləməlidirlər.”وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوَءٍ

 

Bu ayədəki “qüru” qadının paklıq günləri mənasını daşıyır. Təlaq, ərin öz arvadı ilə yaxınlıq etmədiyi paklıq dövründə verilmədir. Bu, birinci paklıq hesab olunur. On-dan sonra iki dəfə heyz görüb pak olsa, üçüncü paklığın ta-mam olması və adət günlərinin başlaması ilə eyni zamanda iddə tamam olur. Həmin halda qadının başqa kişiyə ərə get-məsi caizdir.

 

İkinci hökm budur ki, Allahın onların bətnində ya-ratdığı şeyləri gizlətmələri halal deyildir – əgər Allaha və Qiyamət gününə imanları vardırsa.

 

وَلاَ يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ اللّهُ فِي أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ

 

Diqqət yetirilməli məsələ budur ki, iddə günlərinin başlanğıcı qadınların öz öhdələrinə qoyulmuşdur (bunu yalnız onlar bilirlər) və onların sözləri mötəbər sayılır.

 

Ayədən məlum olan üçüncü hökm də budur ki, ərin “rici təlaq” iddəsində öz arvadına qayıtmağa (və yeni bir əqd olma-dan ailə münasibətlərini davam etdirməyə) haqqı vardır. Ayədə buyurulur ki, qadınların həyat yoldaşları bu müddət ərzində onlara qayıtmaqda və ər-arvadlıq münasibətini yeni-dən bərpa etməkdə başqalarından daha üstündürlər. Əgər barışmaq istəsələr: إِنْ أَرَادُواْ إِصْلاَحًا

 

“Rici təlaq” iddəsində olan qadının əri heç bir maneə olmadan onunla ailə münasibətlərini yenidən bərqərar edə bilər. Bu da ərin, boşamaq fikrindən dönməsini çatdıran hər hansı bir sözlə, yaxud əməllə gerçəkləşir.

 

Ayədə daha sonra dördüncü hökm bəyan edilərək buyuru-lur: Qadınlar üçün onların öhdələrində olan vəzifələr ki-mi, layiqli hüquqlar da qərar verilmişdir və burada kişi-lər müəyyən üstünlüklərə malikdir.

 

وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ

 

Buna əsasən, qadının üzərində kişiyə qarşı müəyyən hü-quqlar qoyulduğu kimi, kişilərin də qadınlara qarşı müəy-yən hüquqları vardır və onların hər biri həmin hüquqlara riayət etməlidir.

 

Qadınla kişi arasında olan fiziki, ruhi və digər xü-susiyyət fərqləri əsas götürülərək ailənin idarə olunması kişinin, ona köməkçilik vəzifəsi isə qadının öhdəsinə qo-yulmuşdur. Bununla yanaşı, hər hansı bir qadının mənəvi, elmi və digər cəhətlərdən kişilərdən üstün olmasının heç bir maneəsi yoxdur.

 

Məntiqi, ağlasığan və yaxşı iş mənasında olan “mə-ruf” kəlməsi bu qəbildən olan ayələrdə on iki dəfə təkrar olunmuşdur. Bu da kişi və qadınlara bir növ xəbərdarlıq edir ki, heç vaxt öz hüquqlarından sui-istifadə etməsinlər, bir-birinin hüquqlarına ehtiramla yanaşaraq ər-arvad münasibətlərinin möhkəmləndirilməsinə və ilahi razı-lığın əldə olunmasına çalışsınlar.

 

Ayənin axırında isə buyurulur: “Allah qüdrətli və hik-mətlidir.” وَاللّهُ عَزِيزٌ حَكُيم

 

Deməli, ilahi hikmət və tədbir tələb edir ki, hər bir kəs, yaradılış qanununun onun üçün təyin etdiyi və onun fi-ziki vəziyyəti və ruhiyyəsi ilə müvafiq olan ictimai vəzifə-ləri yerinə yetirsin. Allahın hikmət və ədaləti də tələb edir ki, qadınlar, onların öhdəsinə qoyulan vəzifələr müqa-bilində müəyyən hüquqlara malik olsunlar, bununla da vəzifə ilə hüquqlar arasındakı tarazlıq bərqərar edilsin.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this