لِّلَّذِينَ يُؤْلُونَ مِن نِّسَآئِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَآؤُوا فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ (226) وَإِنْ عَزَمُواْ الطَّلاَقَ فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ (227)

 

TƏRCÜMƏ:

 

226- “Öz zövcələrini iyla edən şəxslər (iyla – öz zövcəsi ilə cinsi yaxınlıq etməməyə dair and içmək) dörd ay gözləməlidir. (O, bu dörd ay ərzində onlarla həyat sürmək, yaxud təlaq vermək barə-sində qəti qərara gəlməlidir.) Əgər (bu müddətdə) qayıtsalar, (on-lara heç bir günah yoxdur,) çünki Allah bağışlayan və mehriban-dır.”

 

227- “Əgər boşanmaq barədə qəti qərara gəlsəniz (müəyyən şərtlər daxilində bu işin eybi yoxdur), Allah eşidən və bilən-dir.”

 

TƏFSİR:

 

CAHİLİYYƏT DÖVRÜNƏ XAS OLAN ADƏT-ƏNƏNƏLƏRİN LƏĞV EDİLMƏSİ

 

Cahiliyyət dövründə və eləcə də təlaq hökmü verilənə qədər müsəlmanlar arasında mövcud olan məsələlərdən biri də ər-arvad münasibətlərinə son qoyulması barədə and içmək idi. Buna iyla deyilirdi.

 

Cahiliyyət dövründə bir kişinin öz arvadından acığı gəlirdisə, onunla bir yataqda yatmayacağına and içir, belə-liklə də bu qeyri-insani yolla öz həyat yoldaşını təzyiqə mə-ruz qoyurdu. Onu, azad olub ürəyi istəyən şəxslə ailə qurması və öz arzularına çatması üçün nə rəsmi şəkildə boşayır və nə də and içdiyinə görə barışıb onunla bir qanuni həyat yoldaşı kimi rəftar edirdi.

 

Yuxarıdakı ayə islamın bu barədəki göstərişlərini bəyan edərək ərə dörd ay müddətində möhlət verir ki, ya qadı-na bu çətinlik və ruhi narahatlıqdan nicat versin, ya öz an-dını geri götürsün və onunla həyatını davam etdirsin və ya-xud da rəsmi şəkildə təlaq verərək onu boşasın.

 

Birinci yol ailəni dağıtmamaqdır; şübhəsiz bu yol əq-lin bəyəndiyi və Pərvərdigarın razı olduğu işlərdən oldu-ğu üçün, ayənin axırında buyurulur: فَإِنْ فَآؤُوا فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ “fə nnəllahə ğəfurun rəhim” cümləsi göstə-rir ki, bu andın geri götürülməsinin heç bir günahı yox-dur. Buradan da aydın olur ki, and içmək ümumiyyətlə çox da bəyənilən bir iş deyildir.

 

Amma əgər ayrılmaq barəsində qəti qərara gəlsələr və kişi öz arvadına təlaq versə, bu halda ilahi məğfirətin olması dəqiq məlum deyildir. Bütün sirlərdən agah olan Allah, kişinin həmin qanundan sui-istifadə edərək bu işi nəfsani istəklər üzündən və ya zərurətin tələbi olaraq etdiyini daha yaxşı bilir. Pərvərdigari-aləm zahiri təlaq qanununun əsil amilindən xəbərdardır. Buna görə də axırda buyurulur: وَإِنْ عَزَمُواْ الطَّلاَقَ فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ

 

“Əgər qəti qərara gəlsəniz, həqiqətən Allah eşidən və bilən-dir.”

 

Amma diqqət yetirmək lazımdır ki, islamın “iyla” hök-münü tamamilə ləğv etməməsinə baxmayaraq, gerçəkdə onun tə-sirlərini aradan aparması aydın məsələdir. Çünki islam dini heç bir kəsə icazə vermir ki, ailə münasibətlərini tərk etməyə dair and içməklə həyat yoldaşından ayrılsın. İy-la edən şəxs üçün müəyyən qayda-qanunlar nəzərdə tutulmasına baxmayaraq, o, ailə hüququnun tamamilə aradan getməsinə səbəb olmaz. Qeyd etmək lazımdır ki, bu məsələ qüvvədə olduğu təqdirdə də bir and içməklə ailə həyatının dağılmasını de-yil, onun müddətinin şəri bir vacib kimi dörd aydan çox olmamasını çatdırmaq üçündür. Əlbəttə, əgər qadın bu müd-dət ərzində günaha düşməzsə, bu hökm öz yerindədir. Əks halda, xüsusilə günaha düşmək ehtimalı çox olan cavan qadınlarda, onların cinsi ehtiyacı təmin olunsun deyə, bu fasilə müddəti həddindən artıq qədər az olmalıdır.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Xurafat və mövhumat xarakterli adət-ənənələrin ləğv edilməsi peyğəmbərlərin əsas vəzifələrindən biridir.

 

2- Həyat yoldaşının ruhi və cinsi ehtiyaclarına, eləcə də sair hüquqlarına diqqət yetirmək ümumi bir qanundur.

 

3- İnsan bəzən yaramaz işlər üçün də ən müqəddəs adla-rı bəhanə edir.

 

4- Fərdlərin yanlış fikirlərindən dönüb, əql və məs-ləhət əsasında qərara gəlməsi üçün müəyyən qədər fürsət la-zımdır.

 

5- İslam dini məzlumların himayəçisidir. Qadın ta-rix boyu müxtəlif zülmlərə məruz qalmış və daim onların hüquqları tapdalanmışdır. Odur ki, Quran müxtəlif ayə-lərdə onları himayə edir.

 

6- İnsanları sağlam həyata təşviq etmək lazımdır.

 

فَإِنْ فَآؤُوا فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ “Fə in fau fə innəllahə ğəfurun rə-him” cümləsi insanları sağlam həyata qayıdaraq ilahi rəh-mət qazanmaq və məğfirət əldə etməyə dəvət edir.

 

7- İslam, tam təəssüf və çarəsizliklə təlaq və boşan-mağı qanuni hesab edir, lakin həyat yoldaşını mənfi müna-sibətlərlə asılı vəziyyətdə saxlamağı qəbul etmir.

 

8- Qadın həyatını puç edən və nəfsani istəklər üzündən olan fikir və qərarlardan uzaq olmaq lazımdır. Allah-ta-ala eşidən və biləndir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this