لاَّ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِيَ أَيْمَانِكُمْ وَلَكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَاللّهُ غَفُورٌ حَلِيمٌ (225)

 

TƏRCÜMƏ:

 

“Allah, (sizi) səhvən içdiyiniz andlara görə cəzalandırmaya-caqdır, amma qəlblərinizin kəsb etdiyi şeylər (iradə və ixtiyar üzündən etdiyiniz andlar) səbəbi ilə cəzalandıracaq. Allah bağış-layan və həlimdir (bəndələri günahlarına görə cəzalandırmağa tələsməyəndir).”

 

TƏFSİR:

 

Diqqətsizlik ucbatından, yaxud qəzəblənərək fikir və iradə olmadan, habelə tələsmək, çox danışmaq vasitəsilə təsadüfən and içməyin həqiqi dəyəri yoxdur. İnsan yalnız o andlar müqabilində məsuliyyət daşıyır ki, diqqətli olduğu halda müəyyən bir faydalı işi görmək üçün Allahın müqəd-dəs adlarına and içsin. Bu qəbildən olan andların yerinə yetirilməsi şəri cəhətdən vacibdir və təbiidir ki, onu pozmaq və ona əməl etməmək də haramdır. Pozulduğu surətdə isə ona kəffarə vacib olur. “Maidə” surəsinin 89-cu ayəsin-də bəyan olunduğu kimi, bu kəffarə on nəfər fəqirə təam ver-mək, yaxud onları geyimlə təmin etmək, yaxud bir qul azad et-mək və bunlara imkanı çatmadığı təqdirdə isə, üç gün oruc tutmaqdır.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- İnsan öz iradə və ixtiyarı ilə gördüyü işlər müqa-bilində məsuliyyət daşıyır.

 

2- Allah-taala insanın, ixtiyarsız halda baş verən xə-talarını bağışlayır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this